Danimarka və Norveç milli komandalarının keçmiş baş məşqçisi Åge Hareyde 72 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə VG portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Hareydenin ölüm xəbəri cümə axşamı açıqlanıb. Norveçli məşqçiyə iyul ayında beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, Danimarka millisi Hareydenin rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına qatılıb və 1/8 finala yüksəlib.