top
Danimarka mətbuatı Qarabağın Kopenhagen üzərində qələbəsini şərh edir Report.az
02 oktyabr 2025, 12:23
- +

Danimarka mətbuatı "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsini şərh edir

"Qarabağ" futbol klubu qızıl tarix yazmağa davam edir. UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda ağdamlılar Bakıda Danimarkanın "Kopenhagen" komandasını 2:0 hesabı ilə məğlub ediblər. Danimarka mətbuatı da bu matçı geniş işıqlandırıb və "köhlən atlar"ın gücünü etiraf edib.

"Report" Danimarkanın aparıcı KİV-lərinin "Qarabağ"ın matçı haqqında icmalını təqdim edir:

Danimarkanın ən böyük və ən qədim qəzetlərindən biri olan "Politiken" qeyd edib ki, "Qarabağ" mövsümə, sadəcə, fantastik başlayıb, 6 xal (turnirin əsas mərhələsinin iki matçında - red.) toplayıb. Nəşr yazır ki, ev sahibləri Tofiq Bəhramov adına Respublika stadionunda layiqli qələbə qazanıblar. Eyni zamanda, nəşr vurğulayıb ki, birinci hissədən sonra ağdamlılar daha böyük hesabla qələbə qazana (birinci hissə 1:0 başa çatıb - red.) bilərdilər.

"Kopenhagen" komandası matçın əvvəlindən öz azarkeşləri qarşısında inanılmaz dərəcədə ruhlanmış görünən və matça çox yaxşı hazırlaşmış "Qarabağ" tərəfindən təzyiq altına düşüb", - nəşr yazır.

Digər aparıcı nəşr – "Jyllands-Posten" isə "Kopenhagen"in baş məşqçisi Yakob Neestrupun sözlərini sitat gətirib. Mütəxəssis "Qarabağ"ın Danimarka çempionu üzərində üstünlüyünü etiraf edib:

"Qarabağ" birinci hissədə bir neçə parametrə görə daha yaxşı idi. Biz isə öz səviyyəmizə heç yaxınlaşa bilmədik. Lakin ikinci hissədə əlimizdən gələn hər şeyi etdik və qələbəyə də yaxın idik. Amma sonra fürsətləri dəyərləndirə bilmədik və buna görə məğlubiyyətə uğradıq".

"Bold" idman nəşri Danimarka klubunun norveçli hücumçusu Mohamed Elyunussidən müsahibə alıb. O qeyd edib ki, "Kopenhagen"in bütün oyunçuları görüşün nəticəsindən məyus olublar.

"DR Nyheder"də isə "Kopenhagen" Bakıda darmadağın edildi" başlığı ilə yazı çıxıb:

"Oktyabrın 1-də keçirilən görüşdə "Kopenhagen" xüsusilə birinci hissədə ciddi problemlər yaşadı. Ümumilikdə 8 matç oynayacaq paytaxt klubunun 2 oyundan sonra hedabında cəmi 1 xalı var".

"Qarabağ" - "Kopenhagen" oyunu UEFA Çempionlar Liqası Danimarka
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər