top
Danilo Beskorovaynıy: Bəzi oyunlarda məğlubiyyətə layiq deyildik Report.az
12 mart 2026, 11:40
- ↺ +

Danilo Beskorovaynıy: Bəzi oyunlarda məğlubiyyətə layiq deyildik

"Sumqayıt"ın ukraynalı futbolçusu Danilo Beskorovaynıy komandasının Misli Premyer Liqasında keçirdiyi bəzi oyunlarda məğlubiyyətə layiq olmadığını düşünür.

O, bu barədə "Report"a açıqlama verib.

27 yaşlı müdafiəçi komandanın "qara zolağ"a düşməsinin səbəbini açıqlayıb:

"Fikrimcə, ilk səbəb psixoloji amildir. Çünki avrokuboklara vəsiqə qazanmaq istəyirik və turnir cədvəlində bizə yaxın olan komandalar çoxdur. Elə oyunlar olub ki, məğlubiyyətə layiq deyildik. Amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son matçlarda isə eniş yaşayırıq və bundan çıxmalıyıq. Məncə, daha da birləşməli və maksimumumuzu göstərməliyik. Hələ qarşıda 10 tur var, hər birimiz maksimum gücümüzlə oynayıb komanda kimi çıxış etməliyik ki, "qara zolaq"dan çıxaq".

D.Beskorovaynıy XXIV turda "Şamaxı"ya qarşı keçirəcəkləri matça toxunub:

"Hər oyunda qalib gəlmək istəyirik, amma hazırda kiçik bir böhran yaşayırıq. Ümid edirəm ki, cümə günü "Şamaxı"ya qarşı keçirəcəyimiz görüşdə azarkeşlərimizi uzun zamandır gözlədikləri qələbə ilə sevindirə biləcəyik".

Yanvarda "Sumqayıt"a keçən ukraynalı futbolçu yaxşı komandalarının olduğunu sözlərinə əlavə edib:

"Heyətdə fərdi baxımdan perspektivli oyunçular çoxdur. Özümü burada çox yaxşı hiss edirəm. Sumqayıt şəhəri də xoşuma gəlir. Uyğunlaşma problemim olmadı. Komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Hamısı çox mehriban insanlardır. Buna görə onlara təşəkkür edirəm".

Qeyd edək ki, "Sumqayıt" 23 turdan sonra Misli Premyer Liqasında 32 xalla 6-cı pillədə qərarlaşıb. Komanda son olaraq XVIII turda "Karvan-Yevlax"ı məğlub edib - 2:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Bu gün, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Bu gün, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Bu gün, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
Dünən, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
Dünən, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
Dünən, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
Dünən, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Oxşar xəbərlər