top
Dambrauskas Qarabağ haqda suallara cavab verməkdən niyə imtina etdi? Sport24.az
08 fevral 2026, 18:32
- ↺ +

Dambrauskas "Qarabağ" haqda suallara cavab verməkdən niyə imtina etdi?

Misli Premyer Liqasının XIX turunun "Sabah" – "Araz-Naxçıvan" oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Oyunçularımı təbrik edirəm. Həqiqətən, çox möhtəşəm qələbə idi. Futbolçuların bu gün necə arzulu, istəkli olduğunu gördüm. Məğlub etdiyimiz komandalar – "Zirə", "Araz-Naxçıvan" top kollektivlərdir, yaxşı heyətləri var. İstərdim ki, azarkeşlərimizi də təbrik edim. Amma daha çox fanatın olmasını istərdim. İlk hissənin 16-cı dəqiqəsinə qədər üç gözəl qol vurduq. İlk hissənin bəzi anlarında təşəbbüsü itirsək də, sonra balans yaratdıq. Fasiləyə qədər daha bir neçə qol vura bilərdik. İkinci hissəni də yaxşı keçirdik. Dördüncü qolumuz həqiqətən, çox möhtəşəm idi. Bir az məyusuq, çünki qol buraxmaq istəmirdik. Yenə də 4:1 bizim üçün yaxşı nəticədir. İndi bu matçı unudub, qarşıdakı oyuna köklənməliyik.

 

– "Sabah"ın çempionluq yolundakı əsas rəqibi "Qarabağ"ın liqadakı oyunu təxirə salına bilər. Bununla bağlı fikirləriniz nədir?


– Mənim komandam "Araz-Naxçıvan"la oynayıb. Nə üçün "Qarabağ" haqda danışım? Mən "Sabah"ın baş məşqçisiyəm, "Qarabağ"ın yox. Demək olar, hər konfransda "Qarabağ"la suallar verilir. Bu tip suallara cavab vermək istəmirəm. Bunu dediyim üçün üzr istəyirəm, amma "Qarabağ" haqda suallar mənə, bizə bir az hörmətsizlikdir. Onlara böyük hörmətim var. Sadəcə mən ancaq komandam haqda danışmaq istəyirəm.

 

– Sualın verilməsinin səbəbi odur ki, "Qarabağ"ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?


– Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun.

 

– Ardıcıl üç oyundur ki, ilk hissənin əvvəlində üç qol vurursunuz, amma sonra məhsuldarlıq aşağı düşür. Siz tapşırırsınız ki, çox güc sərf etməsinlər?


– Təbii ki, yox. Komandamın 10 qol vurmasını istərəm. Heç bir liqada bu, mümkün deyil. 5 qol vurulubsa, az deyil. Futbolda ortalama 2-3 qol yaxşı hesab edilir. Çünki rəqiblər də 2-3 qol buraxdıqdan sonra rəqiblər də bunların qarşısını almağa çalışır. İkinci hissədə pressinq edirdik və görürük ki, daha çox qol vurmağa çalışmışıq. Əvvəl 0:0, 1:0 olanda deyirdiniz ki, niyə məhsuldar deyilsiniz. İndi 4 qol vururuq, niyə daha çoxunu vurmadığımızı deyirsiniz…

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Oxşar xəbərlər