top
Dambrauskas: Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq, amma hələ də narazı qaldığım məqamlar var Sport24.az
18 dekabr 2025, 23:04
- ↺ +

Dambrauskas: "Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq, amma hələ də narazı qaldığım məqamlar var"

Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu.

 

– Zirvəyə qalxmaq asandır, qorumaq çətindir. Liderliyinizi sona qədər qoruya biləcəksiniz?


– Turnir cədvəlinə sonda baxacağıq. Paltardəyişmə otağında da uşaqlara dedim ki, qarşıda hələ bir oyun var. Sabah yaxşı bərpa məşqçi keçməliyik. Birinci gün də eyni performansı göstərməliyik. Rəqiblər bizə fərqli yanaşırlar. Qarşımızı almaq üçün əllərindən gələni edirlər. Ümumi olaraq, inkişafımızdan razıyam və bunu davam etdirməliyik.

 

– Tez-tez oyunçularınızdan narazılığını bildirirdiniz. Bu gün nədənsə narazı qaldınız?


– Bugünkü oyunda da narazı qaldığım məqamlar var idi. "Qarabağ" ilk hissədə bizə cinahlardan boşluqlar verirdi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Top komandalara qarşı belə epizodlardan yararlana bilməzsənsə, çətin ola bilər. İkinci hissədə daha yaxşı oynadıq. Bu gün çoxlu qol fürsətləri yaratdıq. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın "Qarabağ"a qarşı belə oynamasını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Keçidlərdə yaxşı çıxış etmədik. Düzəltməli olduğumuz çox şey var.

 

– Heyətlə bağlı planlar nədir? Gələnlər və gedənlər olacaq?


– Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və daha artıra bilərik. Zədəlilərimiz var – Cesse Sekidika, Ziden Xaled. Cesse ötən mövsüm çox qol vuranlardan olub. Onun qısa zamanda formasını bərpa etməyinə ümid edirik. Xaled üç aydan çoxdur, zədəlidir. Onlar hələ potensiallarını göstərə bilməyib. Yeni transferlər barəsində tələsməməliyik. Rəhbərliklə danışacağıq. Gələcək oyunçular üslubumuza uyğun olmalıdır. Variant olsa, tələsmədən, detallı şəkildə müzakirə edəcəyik.

 

– Maludanı komandada saxlamaq üçün indidən danışıqlara başlamağı düşünürsünüz?


– Mən məşqçiyəm, idman direktoru, menecer deyiləm. Mənim işim oyunçuların bacarıqlarını artırmaqdır. Aaron gənc, ağıllıdır. Böyük işlər görür. Etdiklərindən məmnunuq. Lakin daha artırmaq potensialındadır. Onun klubdakı taleyi mənimlə bağlı deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Oxşar xəbərlər