"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın daha bir komandasının maraq dairəsinə düşüb. Sport24.az "Matç TV"yə istinadən xəbər verir ki, yenidən Premyer Liqaya qayıdan "Ximki" "Qarabağ"ın qolkiperini transfer siyahısına daxil edib.
O, Rusiya klubunun transfer etmək istədiyi dörd qapıçıdan biridir. Daha əvvəl isə Rusiya mətbuatı Andreyin "Zenit" və "Dinamo"nun maraq dairəsində olması haqda yazmışdı.
Qeyd edək ki, Lunyovun "Qarabağ"la müqaviləsi bu yay başa çatacaq. Tərəflərin yaxın vaxtlarda iki illik müqavilə imzalayacağı gözlənilir.