top
Cud Bellingemin kriketə investisiyası və uşaqlıq yarışları xatirələri Idman.biz
23 aprel 2026, 03:22
- ↺ +

Cud Bellingemin kriketə investisiyası və uşaqlıq yarışları xatirələri

"Real Madrid"in və İngiltərə futbol millisinin ulduzu Cud Bellingem kriket dünyasına addım atıb. 22 yaşlı futbolçu "Birmingham Phoenix" kriket klubunun azlıq payına sahib olub.

İdman.Biz xəbər verir ki, əslən birmingemli olan Bellingem təxminən 800 min funt sterlinq (1 milyon 828 min AZN) qarşılığında klubun 1,2 faizlik səhmini alıb. Hazırda klubun əsas səhmdarı 50,4 faizlə "Warwickshire County Cricket Club" olaraq qalır. Digər 48,4 faizlik pay isə NFL əfsanəsi Tom Breydinin də ortaq olduğu "Knighthead Capital Management" şirkətinə məxsusdur.

Yeni investisiyası barədə danışan Bellingem bu addımı şəhərinə olan sevgisi ilə əlaqələndirib. O bildirib ki, bu şəhərə nəsə borclu olduğunu hiss edir və investisiya həmin borcu ödəmək üçün yaxşı yoldur. Birmingemin hər kəsin bir-birinə uğur arzuladığı bir yer olduğunu deyən futbolçu, burada böyüdüyü üçün özünü şanslı hesab edir.

Ulduz futbolçu kriketə olan marağının uşaqlıq illərindən başladığını bildirib. O, qardaşı Cob Bellingemlə tez-tez kriket oynadıqlarını və bunun hər zaman böyük rəqabətlə müşayiət olunduğunu vurğulayıb. Futbolçunun sözlərinə görə, istər "Monopoliya", istər futbol, istərsə də kriket oynamalarından asılı olmayaraq, uşaqlıqdakı bütün yarışları dava və göz yaşları ilə bitirdi.

Qeyd edək ki, "Birmingham Phoenix" 2021-ci ildə yaradılan "The Hundred" turnirində mübarizə aparır. Komandanın qlobal nüfuzu Tom Breydinin gəlişindən sonra sürətlə artıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Futbol
Bu gün, 00:47

Ronaldo Barselonadan Interə transferini 8 milyon təkliflə izah etdi

Futbol
Bu gün, 00:38

Mourinyo, Real Madrid"in İspan futbolcularının azlığına espriyle yanaştı

Futbol
Bu gün, 00:26

"Liverpul bu mövsüm bir oyunda çıxan futbolçunu satmağı planlaşdırır"

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Futbol
Bu gün, 00:18

Türkiyə Super Liqasının XIII turunda ilk oyunlar başa çatıb

Futbol
Bu gün, 00:10

Empoli, Raul Albiol'u Teknik Köməkçi olaraq işə götürəcək

Oxşar xəbərlər