top
Coşqun Diniyevdən müsahibə: Baş məşqçi dəyişikliyi, İmişli ilə heç-heçə və Neftçi ilə oyun haqqında Idman.biz
26 yanvar 2026, 16:31
- +

Coşqun Diniyevdən müsahibə: Baş məşqçi dəyişikliyi, "İmişli" ilə heç-heçə və "Neftçi" ilə oyun haqqında

"Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram".

Bunu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Coşqun Diniyev sportinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 17-ci turunda səfərdə "İmişli" ilə bərabərə qaldınız. 2:2 hesablı heç-heçəni necə şərh edərdiniz?

- Oyun haqqında danışılası çox şey yoxdur. Özünüz də meydanın vəziyyətini gördünüz. Həqiqətən də belə qazonda futbol oynamaq çox ağırdır. 2026-cı ildə Azərbaycan Premyer Liqasında belə meydança... Bərbaddır. Bir nömrə kimi çıxış etmək istəyirdik. Lakin bu cür qazonda məşqçinin bizdən tələb etdiyi futbolu göstərmək çox çətin idi. Hər topda sürüşürsən, palçıq... İstədiyimiz olmadı. Qələbə qazansaydıq, bizim üçün daha sevindirici olardı.

- Qazonun vəziyyətini nəzərə alsaq, 1 xalı sizin üçün qənaətbəxş saymaq olar?

- Məncə, rəqiblə müqayisədə biz daha yaxşı idik. Baş məşqçimiz topun bizdə daha çox qalmasını istəyir. Biz də bunun üçün çalışırdıq. Rəqibdən daha yaxşı oynadıq. Sadəcə irəlidə bitiriciliyimiz çatışmadı. Son ötürmələr alınmırdı. Bu da dediyim kimi, qazonun durumundan irəli gəlirdi. Meydanın vəziyyəti normal olsaydı, 3 xal qazanardıq.

- Meydanın durumunu nəzərə almasaq, başqa nə çatışmadı qələbə üçün?

- Məncə, elə əsas problem meydançanın durumu idi. "İmişli" daha əvvəl burada oynayıb deyə öyrəşiblər. Həm də rəqibin sistemi texnikalı futbol tələb etmir. Ona görə də qazonun vəziyyəti bizə daha çox təsir etdi.

- İtirilən 2 xal "Araz-Naxçıvan"ın avrokubok iddiasına nə dərəcədə təsir edəcək?

- Əlbəttə, xal itkisidir. Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda "İmişli" ilə oyunda qələbə qazanmalıdır. Bizim də şansımıza yanvar ayında Quba səfəri düşdü. Nə etmək olar? Qarşıdakı matçlarda bu itkini sığortalamağa çalışacağıq.

- Elmar Baxşıyevin gedişindən sonra komandada nə dəyişib?

- Komanda çox böyük dəyişiklik olmayıb. Heç böyük dəyişiklik üçün vaxt da yox idi. Yeni baş məşqçinin rəhbərliyi altında cəmi 15 gün toplanış keçə bilmişik. Hər məşqçinin öz sistemi var. Yeni baş məşqçimizin sistemi daha çox 1 nömrə ilə oynamağımız və topun bizdə qalmasıdır. Məncə, məşqçinin istədiklərini edə bilsək, daha yaxşı "Araz-Naxçıvan" görə biləcəyik.

- Ümumiyyətlə, Elmar Baxşıyevin gözlənilmədən klubdan göndərilməsi futbolçulara necə təsir etdi?

- Əlbəttə, Elmar müəllimin vaxtında qazanılan nəticələr uğursuz deyildi. Sadəcə bu, rəhbərliyin verdiyi qərardır. Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Əlbəttə, çətin oyun olacaq. Lakin "Neftçi"yə qarşı daha yaxşı meydanda oynayacağıq. Hər iki komanda avrokuboklara oynamaq istəyir. Ona görə də çox maraqlı görüş olacağını gözləyirəm. İnşallah, sevinən tərəf biz olarıq.

Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 19:30

Abdulla Əliyev Ruhi Sarıalp Kubokunda qızıl medal qazanıb

Cüdo
Bu gün, 19:28

Yeniyetmə cüdoçular üçün sağlam qidalanma seminarı keçirilib

Minifutbol
Bu gün, 19:14

Futzal üzrə Yüksək Liqanın 11-ci tur oyunlarının hakimləri açıqlanıb

Gimnastika
Bu gün, 19:04

Abdulla Əliyev Ruhi Sarıalp Kubokunun qalibi olub

Futbol
Bu gün, 18:59

Tahir Gözəl: "Qarabağ"ın motivasiyası yüksəkdir, savaşan komandayıq

Futbol
Bu gün, 18:59

"Fənərbaxça" Memfis Depay ilə danışıqlara başladı

Futbol
Bu gün, 18:47

"Qarabağ" "Nyukasl"la Çempionlar Liqası oyunu öncəsi açıq məşq keçirib - FOTO

Futbol
Bu gün, 18:45

"Liverpul" Məhəmməd Salahın əvəzinə Rodriqonu və Entoni Qordonu nəzərdən keçirir

Futbol
Bu gün, 18:36

Viktor Osimhen "Yuventus"a keçid imkanı və Spaletti haqqında danışdı

Futbol
Bu gün, 18:30

"Traktor"un yeni baş məşqçisi Mohammad Rabiei oldu

Digər
Bu gün, 18:20

Artur İrbe SSRİ dövründəki qızıl medallarını qaytarmağa hazırdır

Futbol
Bu gün, 18:05

"Arsenal" "Real"dan 19 yaşlı Valdepenyasa maraq göstərir

Futbol
Bu gün, 18:01

"Qarabağ"ın büdcəsi artırılacaq

Futbol
Bu gün, 18:00

Roberto Baccodan Ronaldo və "San Siro" haqqında açıqlama

Futbol
Bu gün, 17:55

"Qarabağ" prezidenti: "Nyukasl"la oyunun vacibliyini bilirik

Futbol
Bu gün, 17:53

Vanda Nara "Fənərbağça"lı Futbolçu ilə Eşq Yaşayır İddiası

Voleybol
Bu gün, 17:52

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 13-cü və 14-cü tur oyunları keçirilib

Voleybol
Bu gün, 17:47

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun ilk oyun günü və XIII tura yekun vurulub

Boks
Bu gün, 17:44

Türkiyədə narkotik əməliyyatı: Məşhurlar arasında boksçu Adem Kılıççı da saxlanıldı

Futbol
Bu gün, 17:41

"Qarabağ"ın "Nyukasl"la Çempionlar Liqası oyunundan əvvəl açıq məşqi olub

Futbol
Bu gün, 17:40

Marsel "Olimpik"inin prezidenti Pablo Lonqoriyanın istefası gündəmdə

Futbol
Bu gün, 17:35

Qurban Qurbanov: Mateuş Koxalski "Nyukasl"la oyuna hazır ola bilər

Olimpiada
Bu gün, 17:26

Azərbaycan oxatanları Avropa çempionatının təsnifat mərhələsini uğurla başa vurublar

Futbol
Bu gün, 17:21

Kamilo Duran: "Nyukasl" ilə oyuna hazırıq və azarkeşləri sevindirməyə çalışacağıq

Oxşar xəbərlər