top
Co Kouldan Çelsiyə Levandovski və Stouns tövsiyəsi: Azad agentlər variantı Idman.biz
28 may 2026, 17:07
- ↺ +

Co Kouldan "Çelsi"yə Levandovski və Stouns tövsiyəsi: Azad agentlər variantı

"Çelsi"nin sabiq yarımmüdafiəçisi Co Koul London klubunun rəhbərliyinə hücumçu Robert Levandovski və müdafiəçi Con Stounsa diqqət yetirməyi tövsiyə edib. Hər iki futbolçu bu yay azad agent statusu alacaq.

İdman.Biz xəbər verir ki, 44 yaşlı sabiq futbolçu bu barədə İngiltərə KİV-ə açıqlamasında danışıb.

Xatırladaq ki, 37 yaşlı hücumçu mövsümün sonunda "Barselona"dan ayrılır. 31 yaşlı müdafiəçi isə "Mançester Siti" ilə vidalaşacaq.

Co Koul "Çelsi"nin maliyyə vəziyyəti ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildirib:

"Biz "Çelsi"nin maliyyə vəziyyətinin necə olduğunu bilmirik. Buna görə də "bu futbolçunu alaq, digərini transfer edək" demək asandır. Ola bilsin ki, futbolçu satmalı olacağıq, bunu bilmirik.

Bir məsələdə isə tam əminik: komandaya böyük dəyişikliklər lazım deyil. Çünki üç il əvvəl etibar etdiyiniz gənc futbolçular elə həmin oyunçulardır. Sadəcə onların mənim son iki-üç ildə dediyim bir şeyə ehtiyacı var: yanlarında təcrübəli futbolçular olmalıdır. Elə insanlar ki, matç zamanı onlara kömək etsin, meydanda məsləhətlər versin, oyun anlayışlarını paylaşsın. Qurulmalı olan da məhz budur.

Hətta futbolçular satılacaqsa belə, elələri var ki, onsuz da əsas heyətə yaxın düşməyəcəklər. Amma buna qərarı mən yox, klub verməlidir. Bundan sonra isə Con Stouns və Robert Levandovski kimi futbolçuları dəvət etmək olar. Onlar azad agentdirlər və hər matçın hər dəqiqəsində oynamağa ehtiyac duymurlar. Amma qələbənin nə olduğunu bilirlər, klub mədəniyyətini anlayırlar, hələ də meydanda fayda verə və öz işlərini görə bilirlər. Belə olduqda digər futbolçular da komanda daxilində dəstək alırlar. Bu dəstək hər zaman yalnız məşqçilərdən gəlməməlidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:10

Onlayn və çap media subyektləri üçün müsabiqə elan edildi

Cüdo
Bu gün, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Boks
Bu gün, 16:02

2027-ci ildə Bakı və Almatıda UFC turniri keçiriləcək

Futbol
Bu gün, 16:00

CAS Afrika Millətləri Kubokunun qalibi sabah açıqlayacaq

Futbol
Bu gün, 16:00

Şamaxı stadionunda yenilik

Qarabağ FK
Bu gün, 15:53

Azərbaycan U-15 milli komandası Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Qarabağ FK
Bu gün, 14:24

Azərbaycan Premyer Liqasının 12-ci turunun ən yaxşı azərbaycanlı futbolçuları: Kim fərqləndi? - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol
Bu gün, 14:21

Şalke Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Oxşar xəbərlər