Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb. Sport24.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib. Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşib.
Qeyd edək ki, pley-offun digər 4 oyunu bu gün keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Çempionlar Liqası
pley-off mərhələsi, cavab oyunları
"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
Qollar: Ximenez, 1 - Karranza, 73
Qırmızı vərəqə: Hernandez, 51 ("Milan"), Read, 90+7 ("Feyenoord")
(İlk oyun - 0:1)
"Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
Qollar: Aktürkoğlu, 22, Pavlidis, 76-pen; Kökçü, 84 - Minamino, 32, Seqir, 51, İllenihena, 81
(İlk oyun - 1:0)
"Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
Qollar: Lukman, 46 - Talbi, 3, 27, Yotqla, 45+3
Qırmızı vərəqə: Toloi, 87 ("Atalanta")
(İlk oyun - 1:2)
"Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Deyvis, 90+4 - Kun, 63
(İlk oyun - 2:1)