Polşanın "Radomyak" klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun keçidini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.
Onunla iyunun 30-dək müqavilə imzalanıb. 25 yaşlı hücumçunun sözləşməsi yayda artırıla bilər.
Qeyd edək ki, Renat Dadaşov son olaraq Türkiyədə "Ankaragücü" komandasının formasını geyinib. "Radomyak"da Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov da çıxış edir.