"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" və "Liverpul" 27 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Bu barədə "Caught Offside" portalı məlumat yayıb.
"Çelsi", "Mançester Yunayted" və "Yuventus" da oyunçunu izləyir. Lakin "Arsenal" və "Liverpul"un marağı daha ciddidir.
"Atalanta" nigeriyalı üçün azı 60 milyon avro tələb edir.
Lukman bu mövsüm 29 oyunda 17 qol vurub, 6 məhsuldar ötürmə edib.