top
Cənubi Koreya milli futbol komandası ilə bağlı seks skandalı Idman.biz
07 avqust 2026, 11:35
- ↺ +

Cənubi Koreya milli futbol komandası ilə bağlı seks skandalı

Cənubi Koreya futbolunda xarici hakimlərin milli komandanın oyunları öncəsi seksual xidmətlərlə təmin edilməsi ilə bağlı qalmaqallı iddia ortaya çıxıb.

İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, JTBC-nin (Cənubi Koreyanın televiziya və media şirkəti) araşdırmasına əsasən, Cənubi Koreya Futbol Assosiasiyası 2011-2012-ci illərdə milli komandanın ən azı yeddi oyunu öncəsi xarici hakimlərin masaj salonlarına səfərlərinin xərclərini ödəyib.

Məlumata görə, həmin qarşılaşmalar arasında DÇ-2014-ün seçmə mərhələsinin, London-2012 Yay Olimpiya Oyunlarının seçmə mərhələsinin və yoldaşlıq oyunlarının matçları olub. Araşdırmada ondan çox hakimin bu xidmətlərdən istifadə etdiyi bildirilir.

Xərclərin Seul, Çanvon və Ulsanda yerləşən masaj salonlarında Cənubi Koreya Futbol Assosiasiyasına məxsus korporativ kartlarla ödənildiyi qeyd olunur. Ayrı-ayrı ödənişlərin yüz minlərlə von təşkil etdiyi bildirilib.

JTBC-yə danışan həmin dövrdə assosiasiyada çalışan şəxslərdən biri bunun o illərdə "adi praktika" olduğunu bildirib.

Cənubi Koreya Futbol Assosiasiyası isə hadisələrin təxminən 15 il əvvəl baş verdiyini qeyd edərək hazırda daxili nəzarət qaydalarının ciddi şəkildə sərtləşdirildiyini açıqlayıb.

İddialarda xüsusi olaraq 2012-ci ilin fevralında keçirilən Cənubi Koreya - Küveyt DÇ-2014 seçmə oyunu da qeyd edilir. Cənubi Koreyanın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan əvvəl də bu cür xidmətlərin təşkil olunduğu iddia edilir. Bunun hakimlərin qərarlarına təsir etdiyini təsdiqləyən sübut açıqlanmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Oxşar xəbərlər