top
Çempionlar Liqası: Nyukasl - Barselona heç-heçə, Bavariya və Atletikodan böyük hesablı qələbələr Idman.biz
11 mart 2026, 02:09
- ↺ +

Çempionlar Liqası: "Nyukasl" - "Barselona" heç-heçə, "Bavariya" və "Atletiko"dan böyük hesablı qələbələr

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Nyukasl" (İngiltərə) və "Barselona" (İspaniya) arasında keçirilən ilk oyun başa çatıb. Oyun "St. James' Park"da (Nyukasl-apon-Tayn) oynanılıb və 1:1 hesabı ilə başa çatıb.

86-cı dəqiqədə "Nyukasl"ın hücumçusu Harvi Barnes oyunun ilk qolunu vurub. 90+6' dəqiqədə "Barselona"nın cinah oyunçusu Lamin Yamal penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

"Barselona" və "Nyukasl" arasında ikinci oyun 18 martda Barselonadakı "Spotify Camp Nou" stadionunda keçiriləcək.

1/8 finalın digər matçında "Bavariya" səfərdə "Atalanta"nı darmadağın edib.

12-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Yosip Stanişiç ilk qolu vurub. 22-ci dəqiqədə yarımmüdafiəçi Maykl Olise alman klubunun üstünlüyünü ikiqat artırıb. 25-ci dəqiqədə yarımmüdafiəçi Serj Qnabri Münhen komandasının üçüncü qolunu vurub. 52-ci dəqiqədə hücumçu Nikolas Cekson qonaqların üstünlüyünü dörd qola çatdırıb. 64-cü dəqiqədə Olise ikinci qolunu vurub. 67-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala "Atalanta"nın qapısına altıncı qolu vurub. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Mario Paşaliç ev sahibi komandanın yeganə qoluna imza atıb.

"Bavariya" ilə "Atalanta" arasında cavab oyunu 18 martda "Münhen Arena"da keçiriləcək.

Madridin "Atletiko" klubu da 1/8 final mərhələsinə böyükhesablı qələbə ilə başlayıb. Madridlilər "Tottenhem"i məğlub ediblər – 5:2.

Altıncı dəqiqədə Markos Liorente hesabı açaraq İspaniya komandasına üstünlük qazandırıb. Antuan Qrizmann 14-cü dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 15-ci dəqiqədə Xulian Alvares ev sahibi komandanın üçüncü qolunu vurub. 22-ci dəqiqədə Robin Le Norman madridliləin dördüncü qolunu vurub. Pedro Porro 26-cı dəqiqədə bir qolun əvəzini çıxıb. 55-ci dəqiqədə Xulian Alvares ikinci qolunu vurdu. 76-cı dəqiqədə Dominik Solanke qonaqların ikinci qoluna imza atıb.

Bu komandalar arasında cavab oyunu 18 martda Londondakı "Tottenhem Hotspur" stadionunda keçiriləcək.

23:41

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İdman.Biz bildirir ki, "Qalatasaray" İstanbulda "Liverpul" qəbul edib.

Oyunda hesab 7-ci dəqiqədə açılıb. Lemina liverpulluları mərkəzə dəvət edib - 1:0.

Matç bu hesabla da başa çatıb.

09:44

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilir.

İdman.Biz martın 10-da keçiriləcək oyunların proqramını təqdim edir:

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar

21:45 "Qalatasaray" - "Liverpul"
23:59 "Atalanta" - "Bavariya"
23:59 "Nyukasl" - "Barselona"
23:59 "Atletiko" - "Tottenhem"

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər