İngiltərənin "Mançester Siti" futbol klubunun yarımmüdafiəçisi Bernardu Silva mövsümün sonu, müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı azad agent statusunda tərk edəcək.
İdman. Biz xəbər verir ki, bu barədə klubun baş məşqçisinin köməkçisi Xosep Linders bildirib.
"Kapitan bənzərsizdir və onu başqa oyunçu ilə əvəz etmək olmaz, çünki belələri yoxdur. Ümid edirəm ki, o, son ayları yaxşı keçirəcək, bu, cəmi altı həftədir və o, layiqincə vidalaşacaq. O bütün bu diqqətə layiqdir", - deyə mütəxəssis bildirib.
Məlumat üçün əlavə edək ki, B.Silva "Mançester Siti"yə 2017-ci ilin yayında transfer olunub.