Qadınlar arasında UEFA Çempionlar Liqasının dörddəbir finalının cavab oyunları keçirilir.
İdman.Biz bildirir ki, "Bavariya" öz meydançasında "Mançester Yunayted"i qəbul edib.
Matç 2:1 hesabı ilə Almaniya klubunun xeyrinə qurtarıb.
Hesabı 11-ci dəqiqədə qonaqlardan Melvin Malar açıb. 81-ci dəqiqədə Qloudis Perla Viqqousdottir hesabı bərabərləşdirib. Üç dəqiqə sonra isə Linda Dallmann meydan sahibi komandanın qələbə qolunu vurub.
İlk oyunda 3:2 hesabı ilə qələbə qazanan "Bavariya" adını yarımfinala yazdırıb.