top
Baş məşqçi: Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna təsir edəcək Idman.biz
26 yanvar 2026, 18:15
- +

Baş məşqçi: Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna təsir edəcək

"Nigar Mirzəliyevanın Almaniyanın "Hamburq" klubuna transferi ölkə futbolu üçün qürurverici haldır".

Bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov yığmanın müdafiəçisi Nigar Mirzəliyevanın Almaniyanın "Hamburq" klubuna transferini şərh edərkən deyib.

O, yığmanın bəzi oyunçularının böyük liqalarda oynamaq potensialına sahib olduğunu bildirib.

"Mən bunu əvvəlki müsahibələrimdə də vurğulamışam ki, qadın futbol departamenti və federasiya olaraq qarşımıza qoyduğumuz əsas plan və strategiya məhz qızlarımızı daha güclü, qadın futbolunun inkişaf etdiyi liqalara yönləndirməkdir. İlk mərhələdə futbolçularımızı qonşu ölkələrə – Türkiyə, Rusiya və Qazaxıstana göndərdik. Şükürlər olsun ki, ikinci mərhələdə qarşıya qoyduğumuz məqsəd və strategiya çərçivəsində daha güclü ölkələrə keçid baş verdi. Bu baxımdan ilk addımı Nigar Mirzəliyeva atdı və mən düşünürəm ki, bu, həqiqətən də çox qürurverici bir haldır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, Nigar Mirzəliyevanın "Hamburq"a keçidi Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək:

"Daha da qürurverici olan məqam odur ki, Nigar Mirzəliyeva Mingəçevir futbol məktəbinin yetirməsidir. O, bu ölkənin torpaqlarından çıxmış bir azərbaycanlıdır və bu da bizim üçün xüsusi fəxrdir. Mən inanıram ki, Nigar Mirzəliyeva həmin ölkədə çox yaxşı işlər görəcək, Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək. Bu son olmayacaq. Nigar Mirzəliyevanın göstərdiyi oyun və yanaşma nəticəsində düşünürəm ki, gələcəkdə daha bir neçə qızımız həmin ölkənin liqasında çıxış etmək imkanı qazanacaq. Onun ora keçidi qadın futbolunun inkişafı üçün çox önəmlidir. Düşünürəm ki, bu, bir mənalı olaraq yaxşıya doğru dəyişikliklər yaradacaq. Xüsusilə, qadın futbolunun milli komandanın son nəticələrindən sonra inkişaf etdiyi görünürdü. Belə transferlər və böyük ölkələrə gedən oyunçularımızın sayı artarsa və orada özlərini yaxşı tərəfdən göstərsələr, bu, birbaşa qadın futboluna müsbət təsir edəcək. Üstəlik, bu, aşağı yaş qruplarında da motivasiya yaradacaq. Daha çox gənc qızlarımız futbola diqqət ayıracaq və məşğul olacaq, bu isə bizim üçün çox önəmlidir. Nəticədə, həmin kütlədən maksimum sayda keyfiyyətli oyunçu çıxaracağıq".

S.Əsgərov gələcəkdə yığmanın digər üzvlərinin də Almaniya ilə yanaşı, Fransa və İngiltərədə oynayacaqlarına ümid etdiyini deyib: "Milli komandanın digər üzvləri ilə bağlı da vəziyyət xoşdur. Dediyim kimi, federasiya və qadın futbolu departamenti olaraq çalışırıq ki, komandanın oyunçuları daha inkişaf etmiş ölkələrin liqalarında çıxış etsin".

Qeyd edək ki, Nigar Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:31

Azərbaycan Xizəkçiləri Türk Dövlətlərinin Kubokunda İki Medal Qazanıb

Futbol
Bu gün, 11:20

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Minskdə Rusiya ilə qarşılaşır

Futbol
Bu gün, 11:19

"Barselona"da Messi üçün darıxırlar və onun qayıtmasını arzulayırlar: Prezidentliyə namizədin açıqlaması

Cüdo
Bu gün, 11:16

Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub

Digər
Bu gün, 11:06

Azərbaycan xizəkçiləri Türk Dövlətlərinin Xizək Kubokunda fərqləniblər

Olimpiada
Bu gün, 11:03

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək və Azərbaycan idmançılarının nəticələri

Futbol
Bu gün, 11:00

Adil Şükürov "Səbail"in məğlubiyyəti və gələcək qərarlar barədə danışdı

Futbol
Bu gün, 10:53

"Qarabağ" üzərində qələbə "Nyukasl"a bir sıra rekordlar qazandırıb

Voleybol
Bu gün, 10:43

Qadın Voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 14-cü Turuna Start Verilir

Futbol
Bu gün, 10:40

Tahir Gözəl: "Ağır gündür, amma özümüzü əskik hiss etmədik"

Futbol
Bu gün, 10:29

Mateuş Koxalski Çempionlar Liqasında "TOP-3"dədir: "Qarabağ"ın qapıçısı siyahıda yer alıb

Basketbol
Bu gün, 10:29

Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına bu gün yekun vurulacaq

Futbol
Bu gün, 10:16

U-18 Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:15

UEFA Konfrans Liqası Pley-off Mərhələsinin Oyun Cədvəli

Voleybol
Bu gün, 10:08

Qadın Voleybol Yüksək Liqasında XIV Turun Oyun Cədvəli Açıqlandı

Futbol
Bu gün, 10:05

Kevin Medina ÇL-də top qazanmaqda ilk üçlükdədir

Futbol
Bu gün, 10:02

Azərbaycan Premyer Liqası dünyanın ən güclü liqaları reytinqində 41-ci yerdədir

Futbol
Bu gün, 10:00

Bədavi Hüseynov "Nyukasl" matçı barədə fikirlərini bölüşüb

Futbol
Bu gün, 09:52

"Qızıl Top"u Qazanan 10 Nömrəli Oyunçular: Son 20 İldəki Tendensiya

Futbol
Bu gün, 09:50

Elvin Cəfərquliyev Çempionlar Liqası pley-offunda qol vuran ilk azərbaycanlı futbolçu olmaqdan qürur duyur

Futbol
Bu gün, 09:40

Nəriman Axundzadənin "Kolambus Kryu" klubu yeni mövsümün məşqçilər heyətini açıqladı

Futbol
Bu gün, 09:40

Marko Yankoviçin "Nyukasl"dan məğlubiyyəti barədə fikirləri: Gözlənilməz təcrübə oldu

Futbol
Bu gün, 09:38

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları bu axşam baş tutacaq

Futbol
Bu gün, 09:26

UEFA Avropa Liqası: Pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Oxşar xəbərlər