"Barselona" Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyununda "Nyukasl Yunayted"i 2:1 hesabı ilə məğlub edib.
İdman.biz bu qələbə katalon klubunun ən prestijli Avropa klub turnirində son 20 ildə qazandığı ilk səfər qələbəsi olub.
"Barselona" Çempionlar Liqasının ilk səfər oyununu 2005/06 mövsümündən bəri qazana bilmirdi. Həmin mövsümdə kataloniyalılar "Verder"i 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə 2:1 hesabı ilə "Arsenal"a qalib gələn "Barselona" kuboku qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının finalı gələn il mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
İdman.biz