"Barselona"nın müdafiəçisi Pau Kubarsi "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün komandanın nümayəndə heyəti ilə Londona yollanmayıb.
İdman.Biz tanınmış insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Kataloniya klubunda Kubarsinin ilin ən yaxşı gənc futbolçusu mükafatını qazanmayacağı qənaəti formalaşıb.
Bu səbəbdən klub 19 yaşlı müdafiəçinin səfərə çıxmaq əvəzinə istirahət etməsini məqsədəuyğun sayıb.
"Barselona"da mükafatın Lamin Yamala təqdim olunacağı gözlənilir. Bu baş verərsə, gənc futbolçu ardıcıl üçüncü dəfə həmin mükafata sahib çıxacaq.
Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək.