İspaniyanın "Barselona" futbol klubunun məşq bazasının yaxınlığında maraqlı hadisə baş verib.
İdman.Biz xəbər verir ki, bəzi azarkeşlər klubun qadınlardan ibarət komandasının hücumçusu Kerolayn Nikolini kişi komandasının forvardı Rafinya Diasla səhv salıblar.
Azarkeşlərdən biri buna əsəbiləşərək Kerolayndan ən azı iki dəqiqə dayanmasını və tərəfdarlara avtoqraf verib, onlarla şəkil çəkdirməsini tələb edib.
"Mən Rafinya deyiləm. Mən qadınam!" - Kerolayn bildirib.
Qeyd edək ki, 26 yaşlı Kerolayn Nikoli Kataloniya klubunun tarixində ən bahalı qadın futbolçudur. İspaniya təmsilçisi onun transferi üçün "Mançester Siti"yə təxminən 1,5 milyon avro ödəyib. Bundan əvvəl "Barselona" bir futbolçunun transferinə heç vaxt 1 milyon avrodan çox vəsait xərcləməyib.