I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" klubunun futbolçusu Elşən Abdullayev mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun "Baku Sportinq" – "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.