top
Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi Idman.biz
Bu gün, 21:10
- ↺ +

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında İngiltərə və İrlandiya Respublikası millilərinin qarşılaşması irqçilik ittihamı səbəbindən yarımçıq dayandırılıb. İngiltərə yığmasının futbolçuları rəqib komandanın oyunçularından birinin irqçi ifadə işlətdiyi iddiasından sonra meydanı tərk ediblər.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da Bakıda keçirilən C qrupunun matçının son dəqiqəsində baş verib. Bu zaman İrlandiya Respublikası millisi 4:1 hesabı ilə öndə olub.

Hər iki komandanın futbolçuları arasında yaranan mübahisədən sonra İngiltərə yığmasının oyunçularından biri ehtiyat oyunçular skamyasına yaxınlaşaraq məşqçilər korpusuna şikayət edib. Futbolçu rəqib komandanın üzvünün ona qarşı irqçi ifadə işlətdiyini iddia edib.

DAZN platformasında yayımlanan görüntülərdə İngiltərə millisinin məşqçilərinin hadisə barədə baş hakimə məlumat verdiyi və futbolçularını meydandan çıxardıqları əks olunub.

İngiltərə yığmasının baş məşqçisi Mett Torp əvvəlcə hakimi yanına çağırıb. O, baş verənlərlə bağlı məlumat verməyə çalışsa da, hakim "Mən eşidə bilmirəm" cavabını verib.

Bundan sonra İngiltərə millisinin məşqçilərindən biri hakimə müraciət edərək deyib:

"Biz irqçiliklə bağlı şikayət edirik. Oyunu davam etdirmək istəmirik".

Digər rəsmi şəxs qarşılaşmadan sonra hansı addımların atılacağını izah etməyə çalışarkən ingiltərəli məşqçi etirazını təkrarlayıb:

"Xeyr, futbolçularımız oynamaq istəmirlər".

Məşqçilər korpusunun üzvü daha sonra komandanın futbolçularından birinin baş verənlərdən ciddi narahatlıq keçirdiyini söyləyib.

Hadisənin ardınca hər iki komandanın məşqçiləri arasında gərgin mübahisə yaranıb. Tərəflər futbolçularını qorumağa çalışdıqlarını bildiriblər.

FIFA hadisəni araşdırır

Beynəlxalq Futbol Federasiyası (FIFA) qarşılaşmanın dayandırıldığını təsdiqləyib və hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

FIFA nümayəndəsi BBC Sport-a açıqlamasında deyib:

"FIFA İngiltərə və İrlandiya Respublikası arasında keçirilən U-15 Dünya Çempionatı və Festivalı matçında baş vermiş hadisədən xəbərdardır.

İngiltərə komandasının oyunu davam etdirməkdən imtinasından sonra hakim qarşılaşmanı dayandırıb.

Hazırda rəsmi hesabatlar toplanır. Məsələ müstəqil intizam komitəsinə göndəriləcək və komitə müvafiq vaxtda qərar qəbul edəcək".

BBC Sport məsələ ilə bağlı İngiltərə Futbol Assosiasiyasına və İrlandiya Futbol Assosiasiyasına da müraciət edib.

Hadisə ilə bağlı yekun intizam qərarı hələ açıqlanmayıb. İrqçilik ittihamının doğruluğu da araşdırmanın nəticəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, FIFA-nın 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı tarixdə ilk dəfə təşkil olunur. Azərbaycanda keçirilən yarışda qurumun 211 üzvündən 189 ölkə və ərazinin komandaları iştirak edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Voleybol
Bu gün, 19:58

DH Volley avrokubokda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 19:51

Premyer Liqada Turnun Ən Yaxşı Futbolçusu Namizədləri Açıqlanıb

Minifutbol
Bu gün, 19:38

“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir”

Boks
Bu gün, 19:33

Mayk Tayson serial çəkilişləri üçün İstanbulda görülüb

Oxşar xəbərlər