top
Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı Sport24.az
05 oktyabr 2026, 10:00
- ↺ +

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda D Liqasının 2-ci qrupunda Litva seçməsini qəbul edib və Bakıdakı qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.

Nəticə baxımından hər şey qaydasındadır. Millimiz vacib 3 xalı qazanıb və qrupdakı mövqeyini yaxşılaşdırıb. Amma etiraf etmək lazımdır ki, bu qələbə heç də asan başa gəlməyib. Azərbaycan yığması oyun boyu özünü rahat hiss edən, rəqib üzərində tam üstünlük quran komanda təsiri bağışlamayıb.

Əksinə, Litva ilə müqayisədə daha çox əzm göstərdik, daha istəkli olduq və nəticəni də bunun hesabına əldə etdik. Amma "Litvadan daha yaxşı futbol oynadıq" desək, yəqin ki, reallığı olduğundan fərqli təqdim etmiş olarıq.

Son iki oyuna nəzər saldıqda millidə fərdi ustalıq baxımından da ciddi problemlərin olduğu görünür. Futbolçularımızın texniki və taktiki imkanları, xüsusilə topa nəzarət və hücumların qurulması baxımından hələ istənilən səviyyədə deyil. Belə məqamda komandanın əsas üstünlüyü əzmkarlıq və mübarizə olur. Litva ilə oyunda da bunu gördük.

Son iki qarşılaşmada sabit çıxışı ilə seçilən futbolçulardan biri, hətta bəlkə də birincisi Mahir Emreli oldu. Hücumçunun həm mübarizəsi, həm də fərdi keyfiyyətləri millinin ön xəttində özünü daha qabarıq göstərir. Matçın son dəqiqələrində hətta geriyə çəkilərək bir neçə dəfə kritik müdaxilə ilə rəqibdən top "oğurlamaqla" müdafiəyə də kömək edirdi

Təbii ki, hazırkı vəziyyətdə nəticə də az şey deyil. Azərbaycan millisi belə qrupda, D Liqasında mütləq maksimumu hədəfləməli idi. Bunun üçün isə yalnız mübarizə aparmaq kifayət etməyəcək. Komanda xüsusilə özündən aşağı reytinqdə olan rəqiblərə qarşı oyunun diktə edən tərəfi olmağı da öyrənməlidir.

Bunun növbəti sınaqlarından biri səfərdə Lixtenşteynlə keçiriləcək qarşılaşma olacaq.

Millimiz daha əvvəl Bakıda Lixtenşteynlə qolsuz heç-heçə edib. Qrupdakı ilk oyunda isə Kaunasda Litva ilə xalları bölüşmüşdük. İndi qarşıda Lixtenşteynlə səfər görüşü var və bu dəfə ən azı 3 xal götürmək lazımdır.

Əgər Azərbaycan bu qrupdan lider kimi ayrılmaq istəyirsə, belə oyunlarda birinci nömrə ilə oynamağı bacarmalıdır. Xüsusilə də səfərdə Lixtenşteyn kimi rəqibə qarşı.

Litva üzərində qələbə yaxşıdır. Amma bu nəticənin dəyərini artırmaq üçün növbəti addım da atılmalıdır. Çünki məqsəd sadəcə qələbə qazanmaq yox, belə qələbələri daha inamlı və daha keyfiyyətli oyuna çevirməkdir. D Liqasında birinci olmaq imkanını isə demək olar ki, əldən vermişik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Oxşar xəbərlər