top
Azərbaycanda futbolun əsasını qoyan Balaxanı Futbolçular Dərnəyi Idman.biz
11 iyul 2026, 09:50
- ↺ +

Azərbaycanda futbolun əsasını qoyan "Balaxanı Futbolçular Dərnəyi"

Azərbaycan futbolunun formalaşmasında mühüm rol oynayan ilk yerli klublardan biri "Balaxanı Futbolçular Dərnəyi" olub.

İdman.Biz Bakuplus.az-a istinadən məlumat verir ki, XX əsrin əvvəllərində Bakıda çalışan britaniyalı neft mühəndisləri futbolu şəhərə gətirərək Balaxanı mədənləri yaxınlığında mütəmadi oyunlar keçirirdilər. Onların yaratdığı "British Club" uzun müddət yerli futbolun əsas qüvvəsi hesab olunurdu.

1910-cu ilin sonlarında balaxanılı neft sahibkarı Əlibaxış Qədimov (Mer Kampan) ingilis futbolçularının oyununu izləyərkən maraqlı hadisə yaşanıb. Mənbəyə görə, britaniyalı mühəndislərdən biri ona yerli futbolçuların bu oyuna uyğun olmadığını bildirərək, komanda yarada biləcəyi təqdirdə onlarla rəqabət aparmağı təklif edib. Bu sözlərdən sonra Əlibaxış Qədimov yerli futbol komandasının yaradılması qərarını verib.

Mer Kampan futbol oynamaq və bu oyunu öyrənmək istəyənlər üçün mükafat sistemi tətbiq edib. O, oyunçulara şəxsi vəsaiti hesabına 10 qızıl pul və aylıq maaş vəd edib. Qısa müddətdə 25 nəfərlik heyət formalaşdırılıb, Balaxanıda ilk yerli futbol meydançası hazırlanıb.

1911-ci ildə "Balaxanı Futbolçular Dərnəyi" yaradılıb. Bu komanda Azərbaycan futbolunda yerli təşəbbüs və milli sərmayə ilə qurulan ilk futbol kollektivlərindən biri hesab olunur.

Həmin dövrdə "British Club" 1911 və 1912-ci illərdə Bakı çempionatının qalibi olsa da, "Balaxanı Futbolçular Dərnəyi" qısa müddətdə güclənərək şəhərin aparıcı komandalarından birinə çevrilib.

1916-cı ildə Bakı çempionatında uğurlu çıxış edən Balaxanı təmsilçisi turnirin qalibi olub və ingilis futbolçularının üstünlüyünə son qoyub. Bu uğur Azərbaycan futbol tarixinin ilk mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir.

Mənbədə qeyd olunur ki, sonrakı illərdə Bakıda formalaşan futbol ənənələri ölkədə peşəkar futbolun inkişafına təkan verib. Bu prosesin davamı olaraq, 1937-ci ildə Azərbaycanın ən tanınmış futbol klublarından biri olan "Neftçi" yaradılıb. "Balaxanı Futbolçular Dərnəyi" isə Azərbaycan futbolunun ilk yerli komandalarından biri kimi tarixdə öz yerini tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Futbol
Bu gün, 18:27

“Liverpool” Mac Allisterlə yeni müqavilə bağlamağa hazırlaşır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Oxşar xəbərlər