19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Kukus" stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
09:57
Bu gün Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə qarşılaşacaq.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.