top
Azərbaycan Premyer Liqasının III turu məhsuldarlıq baxımından antirekord səviyyədə oldu Idman.biz
01 sentyabr 2026, 11:55
- ↺ +

Azərbaycan Premyer Liqasının III turu məhsuldarlıq baxımından antirekord səviyyədə oldu

Misli Premyer Liqasının üçüncü turu aşağı məhsuldarlıqla yadda qalıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, turun altı qarşılaşmasında cəmi 5 qol vurulub. Bu, orta məhsuldarlığın 0,83 olmasına səbəb olub və son 10 mövsümün antirekordu kimi qeydə alınıb.

Turda yalnız "Qəbələ" – "Şamaxı" görüşündə qol olmayıb. Digər 5 matçın hər birində isə cəmi 1 qol vurulub. "Şəfa" - "İmişli", "Sumqayıt" - "Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Son 10 mövsümdə bundan aşağı orta məhsuldarlıq yalnız 2016/17 mövsümünün II turunda qeydə alınıb. 2016-cı il avqustun 11-14-də keçirilən 4 oyunda 3 qol vurulub və orta göstərici 0,75 olub.

Həmin turun nəticələri ilə bu mövsümün III turu arasında maraqlı oxşarlıq da var. 10 il əvvəl keçirilən bəzi qarşılaşmalarda indiki kimi eyni komandalar üz-üzə gəlib. "Sumqayıt" – "Qarabağ" (0:2) və "Neftçi" – "Zirə" (0:1) oyunlarında qaliblər dəyişməyib. "Qəbələ" – "İnter" (indiki "Şamaxı") görüşü isə qolsuz başa çatıb. "Kəpəz" – AZAL matçında da qol qeydə alınmayıb.

III turun digər diqqətçəkən göstəricisi 5 oyunun 1:0 hesabı ilə başa çatmasıdır. PFL bayrağı altında keçirilən dövrdə bir turda 5 matçın 1:0 hesabı ilə yekunlaşması ilk dəfədir.

Bu müddətdə 10 dəfə bir turun 4 qarşılaşması 1:0 hesabı ilə başa çatıb. Onlardan ikisi ötən mövsüm 6 oyunlu turlarda qeydə alınıb.

Bundan əvvəl bir turda 4 oyunun 1:0 hesabı ilə başa çatdığı son hadisə 2023/24 mövsümünün 36-cı turunda olub. 2024-cü il mayın 25-26-da keçirilən turun 5 oyunundan 4-ü 1:0 hesabı ilə yekunlaşıb. "Sumqayıt" "Qəbələ"yə, "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Kəpəz"ə, "Sabah" isə "Neftçi"yə qalib gəlib. Yalnız "Araz-Naxçıvan" – "Qarabağ" görüşü 2:2 hesabı ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Dünən, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Dünən, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Dünən, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Oxşar xəbərlər