"Səbail" futbol klubu Azərbaycan millisinin da formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb.
Rusiyanın "Anji" klubunun yetirməsi olan qapıçı ölkəmizdə "Sumqayıt" və "Zirə"də çıxış edib.
Qeyd edək ki, M.Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.