Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Şurasının Bürosu FİFA U-15 Dünya Kuboku və FIFA Festivalına ev sahibliyi Azərbaycana həvalə edib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb:
"Birinci dəfə təşkil olunan yarış FIFA-ya üzv olan bütün assosiasiyaların gənclər komandaları üçün açıq olacaq, 2027-ci ildə keçiriləcək ikinci turnir isə yalnız qadın komandalarına ev sahibliyi edəcək. Bu ənənəni davam etdirərək, 2028-ci ildən başlayaraq bütün milli assosiasiyalar həm kişi, həm də qadın U-15 komandaları ilə iki ayrı turnirdə iştirak etməyə dəvət olunacaqlar".
Tarixdə ilk təşkil olunan mundial 22-31 oktyabr tarixlərində keçiriləcək.