top
Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı Idman.biz
Bu gün, 20:14
- ↺ +

Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı

"Kəpəz" futbol komandasının baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda "İmişli" üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının göstərdiyi oyundan razı qaldığını bildirib.

"Son iki oyununda qələbə qazanan yaxşı komandaya qarşı oynayırdıq. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Düşünürəm ki, Gəncədə "Kəpəz"ə qarşı oynamaq heç bir rəqib üçün asan deyil. Etiraf etməliyəm ki, bu qələbədə azarkeşlərimizin böyük payı var. Futbolçularımız da meydanda çox istəkli və yaxşı oyun nümayiş etdirdilər. Həm azarkeşlərimizə, həm də futbolçularıma təşəkkür edirəm.

Komandamızın oyundan-oyuna inkişaf etdiyi hiss olunur. Sevindirici məqamlardan biri artıq bir neçə oyundur qol vurmağımızdır. Bu gün isə məni xüsusilə sevindirən qol buraxmamağımız oldu. Belə davam etsək, xallarımızın sayını artıracağıq. Son iki qarşılaşmada, demək olar ki, sırf hücumçusuz oynamağımıza baxmayaraq, üç qol vurmuşuq. Bu da futbolçularımızın böyük əməyinin nəticəsidir".

Baş məşqçi Namiq Ələsgərov və Kamunqanın ikinci hissədə meydana daxil olmasının səbəblərini də açıqlayıb:

"Hər iki futbolçu "Zirə" ilə oyundan sonra zədələnmişdi. Onları qorumağa çalışırdıq. Kamunqa zədədən yeni qayıtmışdı və bərpa prosesi davam edirdi. Onu vaxtından əvvəl meydana buraxıb yenidən zədələnməsi və uzun müddət komandadan kənarda qalması riskini gözə almaq istəmirdik. Buna görə də hər iki futbolçuya hazır olduqları qədər oyun vaxtı verdik. Namiq Ələsgərov və Kamunqa meydana daxil olduqdan sonra komandamıza əlavə güc qatdılar. Onların oyuna təsiri müsbət oldu".

Azər Məmmədov komandanın son oyunlarda məhsuldarlığının artmasını məşqlərdə görülən işlə əlaqələndirib:

"Bütün bunlar futbolçularımızın məşqlərdə çəkdiyi əziyyətin bəhrəsidir. Biz məşqlərdə keyfiyyətə böyük üstünlük veririk və bunun üzərində çox çalışırıq. Əlbəttə, komandamız hər oyunda qol vuranda sevinirəm. Amma qol buraxmayanda daha çox sevinirəm. Futbolçularıma sərbəstlik vermişəm, onlara özlərinə inanmağı və güvənməyi aşılamışam. İstəyirəm ki, meydanda rahat oynasınlar. Düşünürəm ki, bu inam onların oyununa müsbət təsir göstərir".

Mütəxəssis qarşılaşma zamanı emosional davranışı və sarı vərəqə almasına da münasibət bildirib:

"Düzünü desəm, belə həyəcanın sağlamlığa təsiri olduğunu düşünürəm. Sarı vərəqə aldığıma görə çox təəssüfləndim. Futbolçu olduğum vaxtlarda sarı vərəqələr alırdım, amma məşqçi kimi bu, ilk sarı vərəqəm idi. Düşünürəm ki, bundan sonra özümü bir qədər ələ almağa çalışmalıyam".

Qeyd edək ki, Gəncədə keçirilən qarşılaşmada "Kəpəz"ə qələbə qazandıran qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub. Komandanı növbəti turda "Neftçi" ilə oyun gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Bu gün, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Bu gün, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Bu gün, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Bu gün, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Bu gün, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Bu gün, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 20:11

Perkons: Gəncə stadonda oynamaq həqiqətən çətindir

Futbol
Bu gün, 20:01

İmişli baş məşqçisi Ervins Perqons Namiq Ələsgərovun qolunu təriflədi

Futbol
Bu gün, 19:57

Abdullah Kavukcu və Metin ÖzTürk Qalatasaray idarə heyətindən istefa etdilər

Futbol
Bu gün, 19:54

Sesk Fabreqas: Samuel Ricci Totti və Pirlo kimi oyun göstərdi

Güləş
Bu gün, 19:36

Əli Tsokayev: Bürünc medal qazanmaqla qızıl medalın əldən verildiyini hiss edirəm

Futbol
Bu gün, 19:29

Şəki 11:1 hesabına Ağstafa Gəncləri qarşısında ağır uduzdu

Futbol
Bu gün, 19:13

Xetafe, Sevilya üzərində 3-1 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 18:49

Fermin Lopes Manchester Unitedin marağını rədd edib, Barselona’da qalmaq istəyir

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Oxşar xəbərlər