top
Ayxan Abbasovun gələcək planları: Yalnız milli komanda və təkliflərə rədd cavabı Idman.biz
23 may 2026, 10:24
- ↺ +

Ayxan Abbasovun gələcək planları: Yalnız milli komanda və təkliflərə rədd cavabı

"Yalnız milli komandada işləyəcəyəm. Təkliflər var, amma uzun illər Premyer Liqada çalışmış biri üçün belə qərar vermək asan deyil".

Bu sözləri Azərbaycan futbol yığmasının baş məşqçisi Ayxan Abbasov futbolinfo.az saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Şamaxı" "Qəbələ" ilə son turun oyununa əsas heyətin əksər üzvləri olmadan çıxdı. İkinci heyətlə məğlub olduğunuz (1:3) matçı necə dəyərləndirirsiniz?

– Ağır mövsüm keçirdiyimiz üçün bəzi futbolçular düşərgəmizi daha tez tərk etdilər. Onlar ailələrinin yanına qayıtmaq istəyirdilər və biz də buna şərait yaratdıq. Daha az şans qazanan futbolçuları meydanda görmək istədik. Gənc oyunçularımız da heyətdə yer aldı. Qapıçımız Səlim Həşimov Premyer Liqada debüt etdi, buna sevindim. O, kifayət qədər yaxşı çıxış etdi. Bilirsiniz ki, həm "Qəbələ", həm də bizim üçün bu görüş artıq ciddi əhəmiyyət daşımırdı. Buna baxmayaraq, meydanda maraqlı mübarizə getdi. Hava yağışlı, futbolçular isə yorğun olsalar da, mövsümün son oyununda maksimum güclərini ortaya qoydular. Xal qazanmaq istəyirdik, amma alınmadı. Bununla belə, ağır mövsümü belə mübarizəli oyunla başa vurmaq məni sevindirdi.

– Ümumilikdə "Şamaxı"dakı iki illik fəaliyyətinizi necə qiymətləndirirsiniz? Sizcə, gedişiniz komandanın növbəti mövsümdəki işini çətinləşdirməyəcək?

– Əsas məqsədimiz Premyer Liqada möhkəmlənmək və ildən-ilə daha da inkişaf etmək idi. Məncə, buna nail olduq. "Şamaxı"dakı ilk mövsümüm daha çətin keçdi. Çünki hər şey qısa müddətdə baş verdi və komanda Birinci Liqadan yeni qayıtmışdı. Bildiyiniz kimi, aşağı liqadan gələn komanda üçün ilk mövsümdə transfer etmək asan olmur, futbolçular tərəddüd edirlər. Buna baxmayaraq, qısa zamanda döyüşkən kollektiv formalaşdırdıq və Premyer Liqadakı yerimizi qoruduq.

Bu mövsüm daha güclü olmaq istəyirdik. Futbolçuların artıq təcrübəsi var idi və yeni gələnlər də komandaya tez uyğunlaşdılar. Bu gün "Şamaxı"nın legionerlərini bir çox iddialı klub heyətində görmək istəyir. Ötən mövsüm Brahim Konate və Leroy Mikels "Zirə"yə transfer olunmuşdu. Bu mövsüm də digər legionerlərimizə təkliflər var. Yerli futbolçulardan Rüfət Abbasov yenə sabit çıxışı ilə seçildi, Oruc Məmmədovun oyununu da qeyd etmək olar. Abdulla Rzayevin qış fasiləsindən sonra komandaya qoşulub uğurlu çıxış etməsi məni sevindirdi.

Ölkə kubokunda şansımız var idi, amma rəqibimiz "Qarabağ" idi. Evdə qalib gəlsək də, səfərdə məğlub olduq. Bəlkə də başqa rəqib olsaydı, daha irəli gedə bilərdik. Premyer Liqada da elə məqamlar oldu ki, onlardan istifadə etsəydik, daha yaxşı nəticələr əldə edə bilərdik. Lakin təcrübə və ustalıq baxımından müəyyən problemlər yaşadıq. Heyətin geniş olmaması və bir çox futbolçunun gənc olması öz təsirini göstərirdi. Ümumilikdə isə razıyam. Klub ildən-ilə daha peşəkar səviyyəyə yüksəlməyə çalışırdı. Məhdud büdcə ilə maksimum güclü komanda qurmağa çalışdıq. Sevindirici haldır ki, "Şamaxı" hər iki mövsümdə aşağı liqa təhlükəsi ilə üzləşmədi. Bu da ciddi nəticədir.

– Bundan sonra yalnız milli komandada çalışacaqsınız, yoxsa paralel olaraq hansısa klubda da fəaliyyət göstərə bilərsiniz?

– Xeyr, yalnız milli komandada işləyəcəyəm. Təkliflər var, amma uzun illər Premyer Liqada çalışmış biri üçün belə qərar vermək asan deyil. Buna baxmayaraq, milli komandada işləmək böyük şərəfdir. Bütün diqqətimizi yığmaya yönəltmək istəyirik. Qarşıda bizi çətin oyunlar gözləyir. Bu səbəbdən digər təkliflərdən imtina etmişik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Oxşar xəbərlər