top
Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq” Idman.biz
01 oktyabr 2026, 22:38
- ↺ +

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyunda qeydə alınan nəticəni öz üzərinə götürüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Abbasov qələbə qazanmaq istədiklərini, lakin buna nail ola bilmədiklərini deyib. O, komandanın vəziyyətini daha da çətinləşdirdiyini vurğulayıb:

"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Bilirəm ki, vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol epizodlarımız oldu, amma çox deyildi. İlk dəqiqədə çox real imkanımız var idi, istifadə edə bilmədik. İstədiyimiz tempi də tam olaraq yarada bilmədik. Günahkar axtarmayacağıq. Futbolçulara da dedim ki, məsuliyyət mənim üzərimdədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik".

Baş məşqçi Lixtenşteynin peşəkar olub-olmamasının müzakirə mövzusu olmadığını, əsas diqqətin öz komandasının çıxışına yönəldilməli olduğunu bildirib:

"Hamınız haqlısınız. Lixtenşteyni məğlub etməli idik. Rəqibin peşəkar olub-olmamasını müzakirə etmək mənə düşmür. Amma biz öz performansımızdan zəif çıxış etdik. Bunu hamı gördü. Çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir".

Abbasov rəhbərliyin onunla bağlı verəcəyi qərara hörmətlə yanaşacağını söyləyib:

"Müqaviləmiz qışa qədərdir. Bura milli komandadır. Biz ən ağır dönəmdə gəldik və çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onların qərarı ilə razıyam. Futbolda başqa problemlər də var. Vaxt hər şeyi göstərəcək".

Mütəxəssis Vüsal İsgəndərlinin meydandakı aqressivliyinin normal olduğunu qeyd edib:

"Vüsalı demək ki, yaxşı izləmirsiniz. O, çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmaq lazım idi. Vüsalın belə istəkli olması normaldır".

Abbasov Litva ilə oyuna hazırlığın çətin olacağını bildirib:

"Asan deyil, əlbəttə, çətindir. Məsuliyyət mənim üzərimdədir. Səhvlərimizi təhlil edəcəyik. İki gün ərzində həm bərpa olunmalı, həm də rəqibə qarşı hazırlaşmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyunu eyni heyətlə keçirmək asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq".

Baş məşqçi millidə müəyyən irəliləyişlərin olduğunu, lakin bunun hələ kifayət etmədiyini deyib:

"Tərifləməyəcəyəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gələndə İslandiya bizə gəzə-gəzə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərində 0:3 hesablı məğlubiyyətlərimiz olurdu. Ən böyükhesablı məğlubiyyətimiz Fransaya qarşıdır. Komandada əzmkarlıq artıb, yeni adlar üzə çıxarırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, bu, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur ki, millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur".

Abbasov millidəki təzyiqin klub futbolundan fərqli olduğunu vurğulayıb:

"Mən gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli sayda azarkeş olur. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq və burada çox böyük təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik".

O, Azərbaycan futbolunda gənc futbolçuların yetişdirilməsi ilə bağlı problemlərə də toxunub:

"Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gənc oyunçulara üstünlük verməlidir. Futbolçuların sayı çox azdır. Aşağıdan başlamalıyıq. Klubların və akademiyaların üzərinə böyük yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan material budur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Oxşar xəbərlər