top
Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər Idman.biz
27 sentyabr 2026, 19:30
- ↺ +

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/27 mövsümündə Litva ilə 1:1 hesablı səfər oyunundan sonra açıqlama verib.

İdman.Biz-in Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, mütəxəssis komandasının daha real qol imkanları yaratdığını bildirib.

"Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda olaraq intizamlı oynadıq. Azərbaycan xalqı üçün mənalı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".

Mütəxəssis hədəfin qrupda birinci birinci yeri tutmaq olduğunu vurğulayıb:

"Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.

Məncə, ən real qol epizodları bizdə oldu. Abdulla Xaybullayevin driblinqi var idi, hansı ki, biz bunu istəyirik, üzərində çalışırıq və futbolçularda bu keyfiyyət var. İkinci hissədə Mahir Emrelinin də çox yaxşı epizodları oldu. Əlbəttə, belə oyunlar streslidir, onlar da qol vura bilərdilər. Əsas odur ki, komandada inamı, istəyi gördük. Futbolçular milli formanın dəyərini verdilər və bu, bizdə çatışmayan məqamlardan biri idi. İnşallah, qələbələr də gələcək", - deyə Abbasov bildirib.

Baş məşqçi milli komandada legioner və əcnəbi əsilli futbolçuların yer almasına da münasibət bildirib:

"Millidə oynayan futbolçuların qiyməti hər zaman yüksək olur. Ona görə də hər kəs istəyir millidə oynasın. Biz onun əleyhinə idik ki, Ladaqa kimilər millidə oynayırdı və azərbaycanlı futbolçuların yolunu kəsirdi. Düzdür, Bədavi başqa millətdəndir, amma Azərbaycanda böyüyüb və bu yaşda meydanda canını qoydu. Azərbaycan dilini bilmirsə, bu, o demək deyil ki, komandada lider deyil. Mən futbolçularımla Azərbaycan dilində danışıram. Bu gün Şahruddin də öyrənir, Bədavi də məni başa düşür. Bizim soyunub-geyinmə otağında tərcüməçiyə ehtiyac yoxdur".

Abbasov gələcəkdə yerli futbolçuların sayının artırılmasını istədiyini vurğulayıb:

"Gələcəkdə istəyərik öz yetirmələrimiz olsun. Avropada yaşayan azərbaycanlılar var, onlar da gəlsin millimizə".

Mütəxəssis müdafiə xəttindəki seçimlərini də izah edib:

"Rahil Məmmədov çox kritik epizodlarda müdafiəyə kömək etdi. Biz də rəqibin başla oyununu, standart vəziyyətlərini nəzərə alırıq. Üç gün sonra Lixtenşteynlə oynayacağıq və heyətdə dəyişiklik mütləq olmalıdır. Alternativlər yetişməlidir və bu da klublarda formalaşır. Nə qədər geniş heyətimiz olarsa, bir o qədər yaxşı qərarlar verə bilərik".

Baş məşqçi Mahir Emrelinin çıxışına ayrıca toxunub:

"Təəssüf ki, bəlkə də Mahirin Almaniyadakı klubunda az oynaması onu çox geriyə saldı. Mahir az oynayanda da mən ona inanmışam. Təəssüf ki, potensialı olan futbolçular barmaqla sayılacaq qədərdir. Bu gün Mahir o güvəni komandaya verir, komandanı öz üzərinə götürməyi bacarır. Digər futbolçular da bu yükü götürməlidirlər".

Qeyd edək ki, Litva - Azərbaycan görüşü 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu 14-cü dəqiqədə Mahir Emreli vurub.

Xatırladaq ki, Litva - Azərbaycan oyununu işıqlandırmaq üçün bir qrup azərbaycanlı jurnalist AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Bu gün, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Oxşar xəbərlər