top
Ayxan Abbasov: Futbolumuzu şouya çevirmək istəyirik, lazımsız ajiotaj edirik Sport24.az
26 aprel 2026, 18:51
- ↺ +

Ayxan Abbasov: Futbolumuzu şouya çevirmək istəyirik, lazımsız ajiotaj edirik

"Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissə yaxşı başlamadıq. Sonradan oyunun nəzarəti bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. "Kəpəz"in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. "Karvan-Yevlax" da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunun "Kəpəz"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.O, jurnalistlərin suallarını cavablandırıb:

 

- Mövsümün sonunda komandadan gedəcəyiniz bəllidir. Rəhbərlik yeni baş məşqçinin kim olması ilə bağlı sizdən məsləhət alıb?

- Xeyr, bu, rəhbərliyin qərarıdır. O barədə tam müzakirə də etməmişik. Çünki çempionat bitməyib. Həmişə komandada, rəhbərlikdə də fikir yaratmaq istəmirik. Futbolçular son oyuna qədər peşəkar yanaşmalıdır. Biz də beləyik. İndi bunu müzakirə etsək, bir az qeyri-peşəkarlıq olar.

 

- Elvin Cəfərquliyev əvəzedici heyətə göndərilib. Milli ilə bağlı durum sizi narahat edir?

- Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik. Potensiallı futbolçularımız azdır. Biz də bunları itirə bilmərik. Hər klub sərbəstdir, hər klubun qərarları var. Tək burada Elvin yox, digər legionerlər var ki, oynamırlar klublarında. Bu dəqiqə yaxşı halda deyilik. Amma yayda vaxtımız olacaq. İnanıram ki, yeni mövsüm hamı üçün xeyirli olar.

 

- Qarşıda 4 tur qalıb. Futbolçular oyuna hansı motivasiya ilə çıxacaqlar?

- Çempionluğa və avrokuboklara oynayan klublar bu sözü desə, düz çıxmaz ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Digər 6 komanda var ki, ilk olaraq Premyer Liqada qalmalıdırlar. Bu da qaranti deyil.İki ildir sürprizlərlə doludur. Heç kim gözləmirdi ki, hansı komanda sonuncu yerdə olsun. Çünki bu, büdcəyə məsələ deyil. Bizim hədəfimiz iki ildir liqada qalmaqdır. Amma bu mövsüm hardasa istədik. Kubokda irəlilədik. Püşkatma bizim üçün çətin idi. "Qarabağ"ı keçsəydik, "Sabah"la qarşılaşacaqdıq. Çempionatın bəzi vaxtları oldu ki, qalib gəlsəydik, dördlüyə çıxa bilərdik. "Araz-Naxçıvan"a evdə uduzduq. Qışdan daha rahatıq. Çempionat başlayandan düşmə zonasında olmamışıq. Özümüzə yaxın rəqiblərdən üstün olmuşuq. Bəzi şeylər var ki, görürsən büdcəyə bağlıdır. Avrokuboklara oynamaq istəyirsənsə, ayaqlaşmalısan. Bir oyunla çempionatı dəyərləndirməməliyik, ümumi baxmalıyıq. Ümumi baxsaq, futbolçulardan gözləntilərin daha yaxşısını verdilər.

 


- AFFA rəhbərliyi ilə söhbətinizdə hakimliklə bağlı müzakirələriniz olur?

- Cahangir müəllimlə söhbət edəndə, futbolun içindəki olan bütün mövzulara toxunuruq. Onlardan biridə hakimlikdir. Bu gün federasiya hakim səhvlərinin yüksəlməsinə, səhvlərin az olmasını çox istəyir. Amma realı demək lazımdır, burada klubların da, medianın da günahı var. Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Belədə, gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Bizim başımıza gələn olaylar zamanı təcrübəli hakimlər deyil, gənclərdir. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deuil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Uşaq futbolu, Premyer Liqa, I Liqa, hakimlər...Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər