top
Ayntraxt baş məşqçini qovdu: Səbəb Qarabağ oyunu ərəfəsindəki geriləmə Idman.biz
18 yanvar 2026, 17:31
- ↺ +

"Ayntraxt" baş məşqçini qovdu: Səbəb "Qarabağ" oyunu ərəfəsindəki geriləmə

Almaniyanın "Ayntraxt Frankfurt" klubu baş məşqçi Dino Toppmöller ilə əməkdaşlığa xitam verib.

İdman.Biz xəbər verir ki, Bundesliqa təmsilçisi bu barədə rəsmi açıqlama yayımlayıb və son günlər mediada yayılan məlumatları təsdiqləyib.

Klub rəhbərliyi qərarın son həftələrdə, xüsusilə də yeni ilin ilk üç oyunundan sonra aparılan geniş idman təhlilinin nəticəsi olduğunu bildirib.

"Ayntraxt"ın idman direktoru Markus Kröşe Toppmöllerin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, mütəxəssis komandanı yenidənqurma mərhələsindən uğurla çıxararaq beynəlxalq turnirlərə daşıyıb və ötən mövsüm Bundesliqada üçüncü yeri tutmaqla klub tarixinin ən yaxşı nəticəsinə imza atıb. Bununla belə, son dövrdə müşahidə olunan geriləmə fonunda klubun yeni idman impulsuna ehtiyac duyduğu vurğulanıb. Açıqlamada dinamik, aqressiv və kompakt futbol tələblərinin bu mövsüm kifayət qədər yerinə yetirilmədiyi qeyd olunub.

Komandanın müvəqqəti olaraq U-21 komandasının baş məşqçisi Dennis Şmitt və U-19 komandasının çalışdırıcısı Aleksander Mayer tərəfindən idarə olunacağı bildirilib. Əsas məsuliyyətin Dennis Şmittin üzərində olacağı açıqlanıb.

Dino Toppmöller qərardan məyus olduğunu gizlətməsə də, klub rəhbərliyinin seçimini qəbul edib və son iki il yarım ərzində göstərilən əməkdaşlığa görə "Ayntraxt"a təşəkkürünü bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

12:20

Almaniyanın "Ayntraxt" klubunun baş məşqçisi Dino Topmöllerin mövqeyi "Qarabağ"la keçiriləcək oyun ərəfəsində ciddi şəkildə zəifləyib.

İdman.Biz xəbər verir ki, Almaniya mətbuatının məlumatına görə, Bundesliqanın ikinci dövrəsinin ilk turunda "Verder"lə 3:3 hesablı heç-heçə Frankfurt klubunda narazılığı daha da gücləndirib. Klubun idman direktoru Markus Kreşe baş məşqçiyə açıq dəstək verməyərək vəziyyətin dərin təhlilə ehtiyacı olduğunu bildirib.

Kreşe komandanın uzun müddətdir eyni problemlərlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, "Ayntraxt" çox asan qollar buraxır, hücumda həddindən artıq gərgin təsir bağışlayır və oyunda struktur çatışmazlığı var. Klub rəhbərliyi mövcud çıxış səviyyəsindən narazıdır.

Dino Topmöller isə məsuliyyəti üzərinə götürdüyünü etiraf edib. Baş məşqçi komandanın nəticələrindən razı olmadığını və baş verənlərin ilk növbədə onun cavabdehliyi altında olduğunu qeyd edib.

Alman mediası istisna etmir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanda "Qarabağ"a qarşı keçiriləcək oyun Topmöller üçün "Ayntraxt"dakı son matç ola bilər. Son yeddi Bundesliqa turunda cəmi bir qələbə və 2026-cı ildə keçirilən üç rəsmi oyunda doqquz buraxılmış qol Frankfurt təmsilçisi üçün Bakı səfərinin əhəmiyyətini daha da artırır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər