top
Avropa Liqasında Braqa möhtəşəm qələbə ilə yarımfinala yüksəldi; Aston Villa, Nottingem Forest və Frayburq da adını yazdırdı Idman.biz
17 aprel 2026, 01:15
- ↺ +

Avropa Liqasında "Braqa" möhtəşəm qələbə ilə yarımfinala yüksəldi; "Aston Villa", "Nottingem Forest" və "Frayburq" da adını yazdırdı

UEFA Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın "Betis" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab qarşılaşması keçirilib. Seviyadakı "Olimpiko de Sevilya - La Kartuxa" stadionunda baş tutan və altı qolun vurulduğu gərgin mübarizə qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyun meydan sahibləri üçün ideal başlayıb. 13-cü dəqiqədə braziliyalı Antoni "Betis"i önə keçirib, 26-cı dəqiqədə isə Abde Ezzalzuli hesabı 2:0 edib. 29-cu dəqiqədə Ezzalzulinin vurduğu daha bir qol VAR baxışından sonra ləğv edilib ki, bu da oyunun qırılma nöqtəsi olub. 38-ci dəqiqədə "Braqa"nın hücumçusu Pau Viktor fərqi azaldaraq komandasını ümidləndirib.

İkinci hissədə "Braqa" rəqibini şoka salıb. 49-cu dəqiqədə müdafiəçi Vitor Karvalyo tarazlığı bərpa edib, 53-cü dəqiqədə isə Rikardu Orta penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları önə çıxarıb. Matçın 74-cü dəqiqəsində Jan-Batist Qorbi dördüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib.

Xatırladaq ki, Portuqaliyadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə bitmişdi. İki oyunun nəticəsinə görə (5:3) yarımfinala vəsiqə qazanan "Braqa" bu mərhələdə "Frayburq"la qarşılaşacaq. "Betis" isə öz meydanında aldığı bu ağır məğlubiyyətlə turnirlə vidalaşıb.

01:10

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin "Aston Villa" və İtaliyanın "Bolonya" komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 16-cı dəqiqədə Olli Uotkins açıb. 25-ci dəqiqədə "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers penaltidən yararlana bilməsə də, cəmi bir dəqiqə sonra Emiliano Buendiya fərqi ikiyə çatdırıb. Rocers 39-cu dəqiqədə səhvini düzəldərək hesabı 3:0 edib, matçın sonunda - 89-cu dəqiqədə isə müdafiəçi Ezri Konsa yekun nöqtəni qoyub.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə də Birmingem təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə (7:1) yarımfinala yüksələn "Aston Villa" bu mərhələdə "Nottingem Forest"lə qarşılaşacaq.

Qeyd edək ki, "Bolonya" 1/8 finalda "Roma"nı mübarizədən kənarlaşdıra bilsə də (5:4), İngiltərə klubu qarşısında aciz qalıb.

01:05

UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərənin "Nottingem Forest" və Portuqaliyanın "Portu" komandaları arasında cavab qarşılaşması baş tutub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyun "Portu" üçün şokla başlayıb. Matçın səkkizinci dəqiqəsində qonaqların müdafiəçisi Yan Bednarek birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən dərhal istifadə edən "Nottingem Forest" 12-ci dəqiqədə Morqan Gibbs-Uaytın vurduğu qolla önə keçib. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Xatırladaq ki, komandalar arasında Portuqaliyada keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə (2:1) yarımfinala vəsiqə qazanan "Nottingem Forest" bu mərhələdə digər İngiltərə təmsilçisi "Aston Villa" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Portu" 1/8 finalda "Ştutqart"ı üstələsə də (4:1), bu dəfə turnirlə vidalaşmalı olub. "Nottingem Forest" isə əvvəlki mərhələdə "Midtyulland" səddini penaltilər seriyasında keçməyi bacarmışdı.

22:59

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Frayburq" səfərdə "Selta" üzərində inamlı qələbə qazanıb - 3:1.

İdman.Biz xəbər verir ki, Almaniya təmsilçisi İspaniyada keçirilən görüşdə üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Qonaqların heyətində İqor Matanoviç bir dəfə fərqləndiyi halda, Yuito Suzuki dubl edərək qələbədə böyük pay sahibi olub. Meydan sahiblərinin yeganə təsəlli qoluna isə Villiot Svedberq imza atıb.

İki oyunun nəticəsinə görə rəqibini 6:1 hesabı ilə üstələyən "Frayburq" adını yarımfinala yazdırıb. Almaniya klubu final yolunda "Braqa" - "Betis" (ilk oyun - 1:1) cütünün qalibi ilə qarşılaşacaq.

09:16

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İspaniya təmsilçisi "Selta Viqo" və Almaniyanln "Frayburq" komandası üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də, digərləri isə 23:00-da baş tutacaq.

İngiltərənin "Nottingem Forest" komandası isə Portuqaliya təmsilçisi "Portu"nu qəbul edəcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
20:45. "Selta" (İspaniya) - "Frayburq" (Almaniya)

İlk oyun - 0:3
23:00. "Betis" (İspaniya) - "Braqa" (Portuqaliya)
İlk oyun - 1:1
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:1
23:00. "Aston Villa" (İngiltərə) - "Bolonya" (İtaliya)
İlk oyun - 3:1

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Bu gün, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Bu gün, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Bu gün, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
Dünən, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
Dünən, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
Dünən, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
Dünən, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Oxşar xəbərlər