top
Aston Villadan Bolonyaya darmadağın - YENİLƏNİR + VİDEO Idman.biz
17 aprel 2026, 01:10
- ↺ +

"Aston Villa"dan "Bolonya"ya darmadağın - YENİLƏNİR + VİDEO

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin "Aston Villa" və İtaliyanın "Bolonya" komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 16-cı dəqiqədə Olli Uotkins açıb. 25-ci dəqiqədə "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers penaltidən yararlana bilməsə də, cəmi bir dəqiqə sonra Emiliano Buendiya fərqi ikiyə çatdırıb. Rocers 39-cu dəqiqədə səhvini düzəldərək hesabı 3:0 edib, matçın sonunda - 89-cu dəqiqədə isə müdafiəçi Ezri Konsa yekun nöqtəni qoyub.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə də Birmingem təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə (7:1) yarımfinala yüksələn "Aston Villa" bu mərhələdə "Nottingem Forest"lə qarşılaşacaq.

Qeyd edək ki, "Bolonya" 1/8 finalda "Roma"nı mübarizədən kənarlaşdıra bilsə də (5:4), İngiltərə klubu qarşısında aciz qalıb.

01:05

UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərənin "Nottingem Forest" və Portuqaliyanın "Portu" komandaları arasında cavab qarşılaşması baş tutub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyun "Portu" üçün şokla başlayıb. Matçın səkkizinci dəqiqəsində qonaqların müdafiəçisi Yan Bednarek birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən dərhal istifadə edən "Nottingem Forest" 12-ci dəqiqədə Morqan Gibbs-Uaytın vurduğu qolla önə keçib. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Xatırladaq ki, komandalar arasında Portuqaliyada keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə (2:1) yarımfinala vəsiqə qazanan "Nottingem Forest" bu mərhələdə digər İngiltərə təmsilçisi "Aston Villa" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Portu" 1/8 finalda "Ştutqart"ı üstələsə də (4:1), bu dəfə turnirlə vidalaşmalı olub. "Nottingem Forest" isə əvvəlki mərhələdə "Midtyulland" səddini penaltilər seriyasında keçməyi bacarmışdı.

22:59

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Frayburq" səfərdə "Selta" üzərində inamlı qələbə qazanıb - 3:1.

İdman.Biz xəbər verir ki, Almaniya təmsilçisi İspaniyada keçirilən görüşdə üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Qonaqların heyətində İqor Matanoviç bir dəfə fərqləndiyi halda, Yuito Suzuki dubl edərək qələbədə böyük pay sahibi olub. Meydan sahiblərinin yeganə təsəlli qoluna isə Villiot Svedberq imza atıb.

İki oyunun nəticəsinə görə rəqibini 6:1 hesabı ilə üstələyən "Frayburq" adını yarımfinala yazdırıb. Almaniya klubu final yolunda "Braqa" - "Betis" (ilk oyun - 1:1) cütünün qalibi ilə qarşılaşacaq.

09:16

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İspaniya təmsilçisi "Selta Viqo" və Almaniyanln "Frayburq" komandası üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də, digərləri isə 23:00-da baş tutacaq.

İngiltərənin "Nottingem Forest" komandası isə Portuqaliya təmsilçisi "Portu"nu qəbul edəcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
20:45. "Selta" (İspaniya) - "Frayburq" (Almaniya)

İlk oyun - 0:3
23:00. "Betis" (İspaniya) - "Braqa" (Portuqaliya)
İlk oyun - 1:1
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:1
23:00. "Aston Villa" (İngiltərə) - "Bolonya" (İtaliya)
İlk oyun - 3:1

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Futbol
Bu gün, 00:42

"Borussiya" Bundesliga yeddinci turda "Ştutqart"ı 3-2 məğlub edərək ilk qələbəsini qazandı

Futbol
Bu gün, 00:34

PSJ‑nin “Lion”la qarşılaşması 26 oktyabrda keçir – Uğursuz statistikaya görə gərginlik

Futbol
Bu gün, 00:30

Zirə – Sumqayıt matçının 5 qol video icmalı

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Futbol
Dünən, 23:31

Ronaldu ümumi qazancı 2 milyard dolları keçən ilk aktiv futbolçu oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Oxşar xəbərlər