top
Aslan Kərimov: Qarabağ Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilər Idman.biz
24 iyun 2025, 17:35
- +

Aslan Kərimov: "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilər

"Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov Sportal.az saytına müsahibəsi

- "Qarabağ" artıq iki yeni transferi reallaşdırıb: Dani Bolt və Pedro Bikalyo. Bu iki oyunçu haqda məlumatlısız?

- Düzü, bu futbolçuların karyeraları ilə maraqlanmağa vaxtım olmayıb. Çünki PRO lisenziyası ilə bağlı Slovakiyada idim. Orada U-21 yığmalarının Avropa çempionatı keçirildi. Məhz buna görə də, "Qarabağ"ın yeni transferləri haqda məlumatım yoxdur. Amma onu bilirəm ki, "Qarabağ" tez-tez yaxşı oyunçular gətirir.

- Daha çox Portuqaliya karyerası olan bu iki futbolçu "Qarabağ"da uğurlu ola bilər?Adətən Portuqaliyadan edilən transferlər uğurlu alınır deyə, bu futbolçuların da keçidinə pozitiv yanaşmaq olar?

- Orada rəqabət o qədər böyük olur ki, bu səviyyədə olan oyunçular Portuqaliyada özlərinə yer tapa bimirlər. Azərbaycana gələrək, yaxşı performans göstərirlər. Portuqaliyaya Braziliyadan o qədər oyunçu gəlir ki, yerli bazarda rəqabət güclü olur, oyunçular çoxdur. Portuqaliya liqasından transferlərdə tez-tez yaxşı futbolçulara rast gəlirik. Digər tərəfdən də, bu oyunçulara baxan Bəxtiyar Musayevi tanıdığıma görə, belə deyirəm. Ən azından onun gözü futbol və oyunçuları tanımaq baxımından çox yaxşıdır. Məhz onun "Qarabağ"ın seleksiya qrupunda yer alan şəxs olduğu üçün düşünürəm ki, yaxşı oyunçular seçiblər. Hələ ki, yeni transferlərin də keyfiyyətinə şübhə etmirəm. Amma hər halda, oynadıqdan sonra görmək olacaq. Ümid edirik ki, yaxşı futbolçular çıxsın.

- "Qarabağ"ın gücləndirməli olduğu mövqe çoxdur?

- Bu suala cavab verməkdən ötrü "Qarabağ"ın hədəflərini bilmək lazımdır. Hədəflər yüksəkdirsə, əlbəttə ki, çox transfer etmək lazımdır. Yüksək hədəflər uğrunda mübarizə aparırsansa, oralara gedib çatmaq üçün daha keyfiyyətli oyunçulara ehtiyac edilir. Zənn edirəm ki, hədəf Çempionlar Liqasının əsas mərhələsinə qədər gedib çıxmaqdır. Orada isə Avropa Liqasındakı son mövsümdə necə çıxış etmişdilər, o cür olmasını istəməyəcəklər. Ən azından özlərinə münasib rəqiblərlər də çıxacaq. Çempionlar Liqasında çoxu top səviyyəsindədir, amma bəzi komandalarla oynamaq olar. Həmin komandalara da qalib gəlmək istəyəcəklər. Hədəf budursa, bir mərkəz müdafiəçisinə ehtiyac var. Cinahlarda oyunçular görürük, orta xətti də doldurdular. Hücumçu transferi də lazımdır. Üstəlik, pleymeker mövqeyində oynayan futbolçu transferi də pis olmazdı. Düzdür, "Qarabağ"da hər zaman oyunu cinahlar aparır. Amma ortada da oyunu aparan oyunçuya ehtiyac duyula bilər. Bəlkə də bu iki transferlə ÇL-in əsas mərhələsinə düşməsinə bəs edə bilər. Amma orada çıxış etməkdən ötrü daha güclü heyət toparlanmalıdır.

- "Qarabağ"ın yollarını ayırdığı futbolçulardan daha çox kimin gedişi komanda üçün itki sayıla bilər? Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli artıq komandada deyil....

- Burada adını çəkmədiyiniz Julio Romaonu qeyd edərdim. Dayaq yarımmüdafiəsi mövqeyində "Qarabağ"ın çətin oyunlarında, rəqibin hücumlarının qarşılanmasında böyük rol oynayırdı. Onun fiziki durumu, ikili mübarizələrdə qalib gəlməsi çox yaxşı idi. Romaonun gedişi "Qarabağ"ın oyununa hardasa təsir edib. Təbii ki, müdafiə planı baxımından belədir. Hücumların təşkilində o qədər də böyük rol oynamırdısa da, amma müdafiə baxımından yaxşı performans göstərirdi. Yassin Benzianın özünəməxsus oyunu var idi, müxtəlif mövqelərdə oynamağı bacarırdı. Hərtərəfli oyunçu olduğuna görə, bəlkə də onun oyununa ehtiyac duyulacaq. Amma bunlar hamısı nisbidir. Bəlkə də, onun yerinə gələn və ya gələcək futbolçu Benziadan daha effektli olacaq. Marko Veşoviçə gəldikdə, yeni vaxtlarında cinahda çox yaxşı idi, iti oynamağı bacarırdı. Amma bəlkə də Elvin Cəfərquliyev və Toral Bayramovun bunun əvəzini verə bildilər. İsmayıl İbrahimli isə bu sezonu "Zirə"də keçirdi. Patrik Andrade...O, yeri doldurula biləcək mövqedə idi. Benzia və Romaonun gedişi "Qarabağ"a təsir edə bilər. Amma dediyim kimi, hamısı nisbidir.

- Ümumiyyətlə, son mövsümdə Avropa Liqasında gözlənildiyi kimi çıxış etməyən "Qarabağ"ın 2025/2026 mövsümündə Çempionlar Liqasında uğur olacağını, əsas mərhələyə qədər irəliləyə biləcəyinə inanırsınız?

- O mərhələyə qədər çox da böyük çətinlik görməyəcəklər. Bu sözdən o qədər də xoşları gəlmir. Doğrudur, ÇL-də heç bir rəqib asan deyil. Potensiaı müqayisə edəsi olsaq, "Qarabağ" 2-ci mərhələdə ya İrlandiya, ya da Şimali İrlandiya klubu ilə qarşılaşacaq. Onsuzda, bu rəqibləri keçə bilməsək, o hədəfləri əbəs yerə qarşımıza qoymuş olarıq. Təkrar edirəm ki, burada rəqibləri kiçiltmək niyyətində deyiləm. Sadəcə, 2-ci mərhələdə Yunanıstan, Xorvatiya, Polşa təmsilçisi düşsəydi, nisbətən çətinlik olardı. Amma "Qarabağ" ikinci təsnifat mərhələsindəki rəqibini keçmək məcburiyyətində və iqtidarındadır. Çətinlik bəlkə də pley-off mərhələsində olacaq. Hansı komanda düşsə, çətin olsa da, "Qarabağ" o rəqibi keçə bilər. Fikrimcə, təmsilçimiz Çempionlar Liqasının əsas mərhələsinə düşə biləcək. Çünki yol da çox uzun deyil. Bunu bacarlar. Amma "Qarabağ" orada necə çıxış edəcək, deyə bilmərəm. Yeni formatı nəzərə alsaq, çox sayda top səviyyəli komandalarla oynamalı olacaqlar. Orada qalib gəlməkləri....Bəlkə də, kimlərisə məğlub edə bilərlər. Püşkatmadan sonra danışmaq daha rahat olar. Məncə, "Qarabağ" yeni sezon üçün Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləyə biləcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:40

NTD 11 basketbolçu ilə yollarını ayırdı

Futbol
Bu gün, 11:40

Andre Onana Səudiyyə Ərəbistanı klubuna keçə bilər

Digər
Bu gün, 11:33

Fəridə Əzizova "Səhər idmanı" layihəsini yüksək qiymətləndirib

Futbol
Bu gün, 11:23

"Mançester Yunayted" Andre Onananı satmağa hazırdır

Basketbol
Bu gün, 11:18

"Sumqayıt" basketbol klubu 4 legionerlə yolları ayırıb

Futbol
Bu gün, 11:17

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev: "İdeal formaya düşməyə çalışıram, ötənilki səhvləri təkrarlamamalıyıq"

Futbol
Bu gün, 11:05

"Kəpəz" rəhbərliyi baş məşqçiyə növbəti üç tur üçün hədəf verdi

Futbol
Bu gün, 11:05

Erkin İbrahimov "Kəpəz"in İdarə Heyətindən ayrıldı - Rəsmi

Futbol
Bu gün, 11:05

"Kəpəz" Erkin İbrahimov ilə yollarını ayırdı

Olimpiada
Bu gün, 11:01

Mixail Deqtyaryov Azərbaycan Səfəri Barədə Düşünür

Futbol
Bu gün, 11:00

Yunis Hüseynov: "İslandiya ilə oyunda bir xal yaxşı nəticə ola bilər, qrupumuz çətindir"

Futbol
Bu gün, 11:00

"Kəpəz"də kadr islahatı: İbrahimov getdi, Şükürova şans verildi

Basketbol
Bu gün, 10:52

NTD bir neçə basketbolçu ilə yollarını ayırıb

Futbol
Bu gün, 10:47

DÇ-2026 Seçmə Mərhələsi: Türkiyə Gürcüstanla, Almaniya isə Slovakiyala Qarşılaşacaq

Futbol
Bu gün, 10:46

DÇ-2026 Seçmə Mərhələsi: Türkiyə və Azərbaycan Millilərinin İlk Oyunları, Əsas Qarşılaşmalar

Futbol
Bu gün, 10:40

DÇ-2026-nın Seçmə Mərhələsində Bu Gün 8 Qarşılaşma Olacaq

Futbol
Bu gün, 10:37

2025 Yay Transfer Pəncərəsində La Liqanın Ən Bahalı Transferləri: "Real" Dominasiyası

Futbol
Bu gün, 10:24

Qavi Tompson "Qarabağ" məğlubiyyətindən və liqadakı ümidlərindən danışdı - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:20

Skaloni Messinin son oyunundan danışarkən göz yaşlarını saxlaya bilməyib

Olimpiada
Bu gün, 10:09

Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək

Futbol
Bu gün, 10:06

Rüfət Abdullazadə Milli Komandaya Dəvət Olunmamasına Reaksiyası

Futbol
Bu gün, 10:00

Kadi Borges "Ferentsvaroş"dakı haqsızlıqdan və Çempionlar Liqası həyəcanından danışdı

Digər
Bu gün, 09:50

"Səhər idmanı" layihəsi davam edir: Nazir, media və idmançılar Dədə Qorqud parkında bir araya gəldi

Futbol
Bu gün, 09:45

"Tottenhem"in sabiq baş məşqçisi "Bayer 04"-ə baş məşqçi ola bilər

Oxşar xəbərlər