top
Aslan Kərimov: Azərbaycan Kubokunun 1/4 Final Oyunları, Gözləntilər və Yarımfinal Perspektivləri Idman.biz
06 mart 2026, 17:41
- ↺ +

Aslan Kərimov: Azərbaycan Kubokunun 1/4 Final Oyunları, Gözləntilər və Yarımfinal Perspektivləri

"Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçdi".

Bu sözləri AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.

Onun sözlərinə görə, 1/4 final mərhələsinin qarşılaşmalarında hansısa komandanın aşkar üstünlüyü hiss olunmayıb: "Demək olar ki, mübarizə bərabər səviyyədə getdi. "Qarabağ" – "Şamaxı" və "Qəbələ" – "Sabah" qarşılaşmaları daha gərgin və dramatik alındı. "Sumqayıt" – "Zirə" və "Kəpəz" – "Turan Tovuz" cütlüklərində isə qaliblər qələbəni nisbətən rahat qazandılar. Məsələn, Tovuz klubunun ilk matçda əldə etdiyi 2:0 hesablı üstünlük onlara cavab görüşündə daha rahat oynamaq imkanı verdi", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycan millisinin sabiq futbolçusu yarımfinalda bəzi komandaların iştirak etməməsinin müəyyən mənada gözlənilməz olduğunu söyləyib:

"Bu mərhələdə ən azından "Neftçi"ni görmək istəyərdim. Amma təəssüf ki, komanda bu raunda qədər irəliləyə bilmədi. Digər komandalardan istər "Şamaxı", istərsə də "Kəpəz" 1/4 finala qədər böyük mübarizə apararaq gəlib çıxdılar. Onlar buna layiq idilər".

Mütəxəssis "Qəbələ"nin öz meydanında penaltilər seriyasında məğlub olmasını isə müəyyən amillərlə əlaqələndirib:

"Qəbələ" kimi komandaların turnir təcrübəsi var və bu, müəyyən hallarda onların üstünlüyünə çevrilə bilir. Lakin bu dəfə rəqib çempionatın liderlərindən olan "Sabah" idi. Buna görə də nəticəni böyük sürpriz hesab etmək olmaz. "Qəbələ" gənc və perspektivli komandadır, heyətdə həm yerli futbolçular, həm də legionerlər var. Onlar güclü rəqibə qarşı layiqli mübarizə apardılar və matçı penaltilər seriyasına qədər gətirməyi bacardılar. Penaltilər seriyasında məğlubiyyət müəyyən mənada komandanın psixoloji durumundan və təcrübə çatışmazlığından qaynaqlanır. Son qarşılaşmalarda "Qəbələ"nin penalti statistikasına baxanda maraqlı məqamlar görmək olar. Daxili çempionatda da komanda bir neçə dəfə penaltilərdən yararlana bilməyib. Üstəlik, bu hallar daha çox taleyüklü görüşlərdə baş verib. Belə anlarda futbolçular üzərlərində böyük məsuliyyət hiss edirlər və həyəcan artır. Bu da səhvlərə gətirib çıxarır".

Veteran futbolçu yarımfinal mərhələsinin də maraqlı mübarizə vəd etdiyini vurğulayıb:

"Qarabağ" – "Sabah" görüşünü müəyyən mənada erkən final kimi də qiymətləndirmək olar. Hər iki komandanın kuboku qazanmaq üçün kifayət qədər potensialı var. Amma "Turan Tovuz" və "Zirə"ni də unutmaq olmaz. Kubok oyunları çempionat matçlarından fərqli olur və burada hər cür sürpriz mümkündür. Fikrimcə, yarımfinala yüksələn dörd komandanın hər birinin kuboku qazanmaq şansı var. Bu mərhələdə komandaların fiziki durumu, yorğunluğu, keçirdikləri oyunların sayı, motivasiya səviyyəsi və hətta xırda detallar belə nəticəyə ciddi təsir edə bilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Oxşar xəbərlər