top
Arif Əsədov Əfsanələr Kubokunda iştirakını Avropa və dünya çempionu olması ilə əlaqələndirdi Idman.biz
Bu gün, 17:31
- +

Arif Əsədov "Əfsanələr Kuboku"nda iştirakını Avropa və dünya çempionu olması ilə əlaqələndirdi

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Rusiyada təşkil olunacaq "Əfsanələr Kuboku"na Avropa və dünya çempionu olduğuna görə dəvət alıb.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında mütəxəssis özü deyib.

O, turnirdə ilk dəfə iştirak edəcəyini söyləyib: "Turnir 2009-cu ildən ənənə halını alıb və sentyabrın 20-21-də keçirilir. Bu il 6 - dünya, Avropa, Asiya, Rusiya, Serbiya və Türkiyənin əfsanələrindən ibarət komandaları yarışa qatılacaq. Mən Asiya əfsanələrinin tərkibində, ilk dəfə iştirak edəcəyəm. Heyətdə keçmiş postsovet ölkələrindən Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanın məşhur futbolçuları yer alıblar. İlk oyunumuz Serbiya, daha sonra Rusiya əfsanələrinə qarşı olacaq. Gün ərzində iki görüş keçirəcəyik. Ayın 21-də isə ilk günün nəticələrindən asılı olaraq qarşılaşmalar baş tutacaq".

Sabiq müdafiəçi favoriti müəyyənləşdirməyin çətin olduğunu deyib: "Bütün komandalarda tanınmış futbolçular var. Amma kimin favorit olduğunu demək çətindir. Təbii ki, bunu yarışın gedişində görəcəyik. Əslində, Rusiya yığmasına daha gənc futbolçular toplaşıblar. Dünya və Avropa yığmalarının heyətində isə daha yaşlı futbolçular yer alıblar".

A.Əsədov yarışa hazırlığı haqqında da danışıb: "Həftədə bir dəfə futbol oynayırıq. Bu günlərdə hərəkətliliyimi bir qədər də artırmışam. Düzdür, dizimdə bir az problem var, ağrıyır. Amma əsas iştirak etməkdir. Mən yarışa SSRİ dönəmində Avropa və dünya çempionu olduğuma görə görə dəvət almışam".

Qeyd edək ki, Moskvada Rusiya, Avropa və dünya futbolunun ulduz veteranlarının iştirak edəcəyi "Əfsanələr Kuboku" sentyabrın 19-da start götürəcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:47

Joze Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub

Güləş
Bu gün, 18:47

Dünya Çempionatı: Eldəniz Əzizli yarımfinalda məğlub olaraq bürünc medal uğrunda güləşəcək

Minifutbol
Bu gün, 18:40

Azərbaycan Yüksək Liqası: 2025/2026 mövsümünün ilk turunun nəticələri

Futbol
Bu gün, 18:37

Joze Mourinyo "Benfika"nın baş məşqçisi təyin edilib: RƏSMİ

Cüdo
Bu gün, 18:34

Paracüdo üzrə Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək

Şahmat
Bu gün, 18:29

Teymur Rəcəbov "Formula 1" pilotları Hemilton və Leklerlə şahmat oynayıb

Tennis
Bu gün, 18:20

Fərhad İsmayılov: Azərbaycan stolüstü tennisçiləri MDB Oyunlarında medal üçün iddialıdırlar

Futbol
Bu gün, 18:11

U-15 Azərbaycan millisi Monteneqro U-15 yığmasına qalib gəldi

Futbol
Bu gün, 18:07

U-15 Azərbaycan Monteneqronu 3:1 hesabı ilə məğlub etdi

Güləş
Bu gün, 17:59

Dünya Çempionatı: Eldəniz Əzizli yarımfinalda, Sənan Süleymanov və Qurban Qurbanov 1/4 finalda məğlub oldu

Futbol
Bu gün, 17:59

"Neftçi" İqor Ribeyro ilə bağlı AFFA-nın qərarından narazıdır

Futbol
Bu gün, 17:57

Azərbaycan U-15 millisi Monteneqro U-15-i yoxlama oyununda məğlub edib

Futbol
Bu gün, 17:54

Nadir Nəbiyev: Yerli məşqçilərə güvənmək lazımdır

Formula 1
Bu gün, 17:49

Laura Villars FİA prezidentliyinə namizədliyini irəli sürüb

Formula 1
Bu gün, 17:42

"Formula-1" Azarkeşləri Pit-Leyndə: Azərbaycan Qran-Prisinə Hazırlıq

Futbol
Bu gün, 17:40

Fernandu Santuş "Panatinaikos"un baş məşqçi postuna namizəddir

Futbol
Bu gün, 17:37

Qonsalu Ramuş Mbappenin PSJ-dəki Rekordunu Təkrarladı

Cüdo
Bu gün, 17:29

Azərbaycan paracüdoçuları Tbilisi Avropa Çempionatına yollanır

Futbol
Bu gün, 17:20

Vensan Abubakar karyerasını İranda davam etdirəcək

Formula 1
Bu gün, 17:20

SoyMotor: Azərbaycan Qran-prisində xəstələnmə halları qeydə alınıb, yalnız Rassell deyil

Futbol
Bu gün, 17:17

Kaxaber Sxadadze "Qəbələ"dəki həyatı, karyerası və Azərbaycan futbolu haqqında danışdı

Futbol
Bu gün, 17:13

Dani Alves "Pumas" klubuna cinsi zorakılıq işinə görə kompensasiya ödəyəcək

Futbol
Bu gün, 17:08

Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə bağlamağa yaxındır

Oxşar xəbərlər