top
Arif Əsədov Əfsanələr Kubokunda: Asiya Əfsanələri arasında ilk təcrübə Report.az
Bu gün, 15:38
- +

Arif Əsədov "Əfsanələr Kuboku"nda: Asiya Əfsanələri arasında ilk təcrübə

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Rusiyada təşkil olunacaq "Əfsanələr Kuboku"na Avropa və dünya çempionu olduğuna görə dəvət alıb.

Bunu "Report"a açıqlamasında mütəxəssis özü deyib.

O, turnirdə ilk dəfə iştirak edəcəyini söyləyib:

"Turnir 2009-cu ildən ənənə halını alıb və sentyabrın 20-21-də keçirilir. Bu il 6 - dünya, Avropa, Asiya, Rusiya, Serbiya və Türkiyənin əfsanələrindən ibarət komandaları yarışa qatılacaq. Mən Asiya əfsanələrinin tərkibində, ilk dəfə iştirak edəcəyəm. Heyətdə keçmiş postsovet ölkələrindən Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanın məşhur futbolçuları yer alıblar. İlk oyunumuz Serbiya, daha sonra Rusiya əfsanələrinə qarşı olacaq. Gün ərzində iki görüş keçirəcəyik. Ayın 21-də isə ilk günün nəticələrindən asılı olaraq qarşılaşmalar baş tutacaq".

Sabiq müdafiəçi favoriti müəyyənləşdirməyin çətin olduğunu deyib:

"Bütün komandalarda tanınmış futbolçular var. Amma kimin favorit olduğunu demək çətindir. Təbii ki, bunu yarışın gedişində görəcəyik. Əslində, Rusiya yığmasına daha gənc futbolçular toplaşıblar. Dünya və Avropa yığmalarının heyətində isə daha yaşlı futbolçular yer alıblar".

A.Əsədov yarışa hazırlığı haqqında da danışıb:

"Həftədə bir dəfə futbol oynayırıq. Bu günlərdə hərəkətliliyimi bir qədər də artırmışam. Düzdür, dizimdə bir az problem var, ağrıyır. Amma əsas iştirak etməkdir. Mən yarışa SSRİ dönəmində Avropa və dünya çempionu olduğuma görə görə dəvət almışam".

Qeyd edək ki, Moskvada Rusiya, Avropa və dünya futbolunun ulduz veteranlarının iştirak edəcəyi "Əfsanələr Kuboku" sentyabrın 19-da start götürəcək.

Əfsanələr Kuboku Rusiya Moskva Arif Əsədov
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 17:20

SoyMotor: Azərbaycan Qran-prisində xəstələnmə halları qeydə alınıb, yalnız Rassell deyil

Futbol
Bu gün, 17:20

Vensan Abubakar karyerasını İranda davam etdirəcək

Futbol
Bu gün, 17:17

Kaxaber Sxadadze "Qəbələ"dəki həyatı, karyerası və Azərbaycan futbolu haqqında danışdı

Futbol
Bu gün, 17:13

Dani Alves "Pumas" klubuna cinsi zorakılıq işinə görə kompensasiya ödəyəcək

Futbol
Bu gün, 17:08

Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 17:03

İspaniya FIFA reytinqində Argentinanı qabaqladı

Futbol
Bu gün, 16:59

"Real" Niko Pası geri qaytarır

Güləş
Bu gün, 16:52

Dünya çempionatı: Yunan-Roma güləşçilərimizdən 3-ü 1/4 finalda

Formula 1
Bu gün, 16:47

"Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlər üçün pit-leyn gəzintisi təşkil olunub

Futbol
Bu gün, 16:44

İtaliya Superkuboku dekabrda Ər-Riyadda keçiriləcək: Oyun cədvəli və formatı

Futbol
Bu gün, 16:42

"Neftçi" İqor Ribeyronun cəzasının qüvvədə saxlanılmasından narazıdır

Futbol
Bu gün, 16:39

Arda Gülerə İngiltərədən 150 milyon avroluq təklif gəlib, "Real" rədd edib

Formula 1
Bu gün, 16:37

Corc Rassell səhhətinə görə Bakıdakı mətbuat konfransında iştirak etməyib

Formula 1
Bu gün, 16:35

Formula-1 pilotları və komandaları Bakı Şəhər Halqasında Azərbaycan Qran-prisinə hazırlaşır

Minifutbol
Bu gün, 16:28

Zeynal Zeynalov millidən ayrılmasının səbəblərini açıqladı: Fərid Novruzinin şəxsi prinsipləri

Futbol
Bu gün, 16:19

II Liqa, III tur: Təyinatlar

Futbol
Bu gün, 16:17

Ruslan Əmircanov "Qarabağ" U-19-un "Benfika"ya məğlubiyyəti barədə danışdı

Şahmat
Bu gün, 16:06

Teymur Rəcəbov Bakıda Lyuis Hemilton və Şarl Leklerlə görüşdü və onlara xalça hədiyyə etdi

Tennis
Bu gün, 16:05

Azərbaycanı MDB Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək

Basketbol
Bu gün, 15:59

"Sərhədçi" Abiodun Abedo ilə müqavilə imzalayıb

Şahmat
Bu gün, 15:54

Teymur Rəcəbov Həmilton və Leklerlə şahmat oynadı, onlara xalça hədiyyə etdi

Formula 1
Bu gün, 15:54

Formula 1 üzrə Azərbaycan Qran-prisinin hazırlıqları Bakıda başlayıb

Futbol
Bu gün, 15:53

PFL-dən Milli Musiqi Günü münasibətilə Azərbaycan futbolçularının musiqi obrazları

Basketbol
Bu gün, 15:43

"Sərhədçi" Nigeriya əsilli basketbolçu Abiodun Abedo ilə müqavilə imzalayıb

Oxşar xəbərlər