top
Anatoli Banişevskinin xatirəsinə həsr olunan Bakı Kuboku beynəlxalq turniri martın 19-dan 21-dək keçiriləcək Idman.biz
17 mart 2026, 22:39
- +

Anatoli Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri martın 19-dan 21-dək keçiriləcək

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək.

İdman.Biz klubun mətbuat xidmətinə xəbər verir ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

"Neftçi" B qrupunda "Dinamo" (Voronej, Rusiya), "Göztəpə" (Türkiyə) və "Qarabağla mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar.

"Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", martın 20-də isə "Göztəpə" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Ayaks Markos Leonardonu transfer edir

Futbol
Bu gün, 09:20

PSJ Jion Sudzukini transfer erməyə hazırdı

Futbol
Bu gün, 09:13

Arsenal Morqan Rocers üçün transfer rekordunu qıra bilər

Futbol
Bu gün, 08:20

Harri Uinks "Kalyari"yə keçir

Futbol
Bu gün, 08:00

Latsio Ceyms Rodrigesi transfer etməyə maraqdar

Futbol
Bu gün, 07:26

Roy Kin Alfi Holanda cavab verdi

Futbol
Bu gün, 06:15

Folarin Baloqunun diskvalifikasiyası ləğv edilib

Futbol
Bu gün, 05:10

Fermin Lopes 2026/27 mövsümünün startına qədər sağalmağa bilər

Futbol
Bu gün, 04:25

Mançester Yunayted 100 milyonluq futbolçu ilə maraqlanır

Boks
Bu gün, 03:22

Peddi Pimblett Çarlz Oliveyra ilə mümkün döyüş barədə danışıb

Güləş
Bu gün, 02:15

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb

Güləş
Bu gün, 01:25

Azərbaycanın gənc güləşçiləri Avropa çempionatında tarixi uğur qazanıb

Futbol
Bu gün, 01:07

Nəriman Axundzadə “Börnli” ilə oyunda start heyətində çıxacaq

Futbol
Bu gün, 00:58

Dünya çempionatının ən yaxşı oyunu seçilib

Futbol
Bu gün, 00:35

„Liverpul“un transfer hədəfləri: Mora, Kone və Həsən

Futbol
Bu gün, 00:19

Neftçi Sloveniyadakı təlim-məşq toplanışını sonlandırır

Futbol
Bu gün, 00:17

Roberto Baccionun İtaliya futboluna aid islahat layihəsi

Futbol
Dünən, 23:58

Dieqo Forlan Uruqvay U-20 millisinə baş məşqçi təyin olunacaq

Tennis
Dünən, 23:42

Yannik Sinner “Uimbldon”da ardıcıl ikinci dəfə çempion olub

Futbol
Dünən, 23:29

Fransa-İspaniya oyununda 70 min polis səfərbər olunacaq

Basketbol
Dünən, 23:13

Azərbaycan U-20 millisinin tarixi qələbəsi: Slovakiyanı 72:66 hesabı ilə məğlub edib

Güləş
Dünən, 22:59

Azərbaycan sərbəst güləşçisi Avropa çempionu olub

Futbol
Dünən, 22:55

Neftçi Sloveniyadakı məşqlərini başa vurdu

Digər
Dünən, 22:39

Azərbaycan milli komandası “Shahdag Running Fest”də 8 medal qazanıb

Oxşar xəbərlər