top
AFFA-nın U-20 Dünya Çempionatına hazırlıq təqdimatı WUF13-də böyük maraq doğurdu Idman.biz
18 may 2026, 14:40
- ↺ +

AFFA-nın U-20 Dünya Çempionatına hazırlıq təqdimatı WUF13-də böyük maraq doğurdu

Futbol üzrə U-20 Dünya Çempionatına hazırlıq prosesinin bir hissəsi kimi AFFA beynəlxalq tədbirdə xüsusi təqdimat zonası ilə təmsil olunub.

İdman.Biz xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Urban Expo" sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının interaktiv stendi qurulub.

Sərgidə üzərində "FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027" yazılan stend tədbir iştirakçılarının ən çox maraq göstərdiyi zonalardan birinə çevrilib. Burada yalnız turnirin təqdimatı deyil, həm də futbolun cəmiyyət üçün daşıdığı sosial dəyərlər ön plana çıxarılıb.

AFFA-nın stendində sağlam həyat tərzi, gənclərin idmana cəlbi, inklüzivlik və dayanıqlı inkişaf ideyaları xüsusi vurğulanıb. Yaşıl örtüklə hazırlanmış zonada mini futbol qapısı quraşdırılıb və qonaqlara penalti zərbələri endirmək imkanı yaradılıb.

Bu format xarici nümayəndələrin də diqqətini çəkib. Forum iştirakçıları həm AFFA-nın futbol layihələri barədə məlumat alıb, həm də interaktiv idman fəaliyyətlərinə qoşulublar.

Qeyd edək ki, U-20 Dünya Çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Futbol
Bu gün, 15:59

Neftçi, Kəpəzi qəbul edərək Murad Xaçayevin müdafiədə yaradacağı boşluqla başaverəcək

Futbol
Bu gün, 15:47

Vikinqin baş məşqçisi Arşeim: Sabaha qarşı maraqlı və gərgin oyun gözləyirik.

Futbol
Bu gün, 15:44

Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 15:40

Xesus de Migel rəqibə toqquşub vəfat etdi

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Oxşar xəbərlər