top
AFFA-dan Qarabağ və Neftçiyə və digər klublara intizam cəzaları Idman.biz
26 may 2026, 14:34
- ↺ +

AFFA-dan "Qarabağ" və "Neftçi"yə və digər klublara intizam cəzaları

Futbol üzrə AFFA İntizam Komitəsi Misli Premyer Liqası, birinci liqa, Əvəzedicilər liqası və Gənclər Liqasında baş verən intizam pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

İdman.Biz xəbər verir ki, qərarlara əsasən, Premyer Liqanın 33-cü turunda keçirilən "Sumqayıt" - "Qarabağ" matçından sonra meydançaya kənar şəxslərin daxil olması səbəbindən "Sumqayıt" 2500 manat cərimələnib.

Eyni oyunda "Qarabağ" azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi Ağdam təmsilçisinə daha ağır cəza ilə nəticələnib. Klub bu pozuntuya görə 8000 manat cərimə olunub.

"Kəpəz" - "Neftçi" oyununda isə meydan sahiblərinin dörd futbolçusunun sarı vərəqə alması Gəncə klubuna 700 manatlıq cərimə gətirib. Qarşılaşmanın 65-ci dəqiqəsində "Neftçi" futbol komandasının oyunçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O, bir oyunu şərti olmaqla iki oyunluq diskvalifikasiya edilib, "Neftçi" isə 1000 manat cərimələnib.

Birinci Liqada MOİK dörd futbolçusunun sarı vərəqə almasına görə 210 manat, "Şəfa" beş futbolçusunun sarı vərəqə almasına görə 210 manat, "Səbail" isə "Mingəçevir"lə oyunda dörd futbolçusunun sarı vərəqə almasına görə 210 manat cərimələnib.

"Mingəçevir" - "Səbail" oyununda qonaq komanda əlavə cəzalarla da üzləşib. Fəxri Məmmədlinin təcavüzkar davranışa görə qırmızı vərəqə alması "Səbail"ə 900 manatlıq cərimə gətirib. Lətif Rzayevin ikinci sarıdan qırmızı vərəqə almasına görə klub 150 manat, məşqçi İlyas Qurbanovun hakimin qərarına etirazına görə isə 750 manat cərimələnib.

Əvəzedicilər liqasında "Şamaxı-2" futbolçusu Həbib İsmayılovun hakimin qərarına etirazına görə 250 manat cərimə alıb. "Araz-Naxçıvan-2" dörd futbolçusunun sarı vərəqə almasına görə 70 manat, İbrahim Piriyevin təcavüzkar davranışına görə isə 300 manat cərimələnib.

"Araz-Naxçıvan-2" - "Sabah-2" matçında "Sabah-2" də iki ayrı cərimə ilə üzləşib. Ramil Nuraxmedovun qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması kluba 800 manatlıq cərimə gətirib. Həmzəalı Mikayılovun təcavüzkar davranışına görə isə "Sabah-2" 300 manat cərimələnib. "Sumqayıt-2" də "Turan Tovuz-2" ilə oyunda dörd futbolçusunun sarı vərəqə almasına görə 70 manat ödəyəcək.

Gənclər Liqasında "Qarabağ" - "Neftçi" oyununda kütləvi qarşıdurmaya görə hər iki klubun növbəti iki ev oyunu azarkeşsiz keçiriləcək. Bundan başqa, "Qarabağ" futbolçusu Əli İbrahim söyüşı görə beş oyun, Tunar Qasımov və "Neftçi" futbolçusu Nahid Ömərov üç oyun diskvalifikasiya edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Oxşar xəbərlər