top
Adriel Ba Loua: Bu mövsüm heç cür bəxtimiz gətirmədi Sport24.az
29 may 2026, 11:38
- ↺ +

Adriel Ba Loua: Bu mövsüm heç cür bəxtimiz gətirmədi

"Qəbələ"nin yarımmüdafiəçisi Adriel Ba Louanın Sport24.az saytına müsahibəsi.

 

- Pley-off oyununda "Mingəçevir"i məğlub etməklə (2:0) Premyer Liqadakı yerinizi qorudunuz. Qələbəni necə şərh edərdiniz?

 

- Çətin oyun idi. Bilirdik ki, qalib gəlmək üçün hər şeyimiz verməli idik. Kubokda da "Mingəçevir"ə qarşı oynamışdıq. Onların taktikaları, oyun tərzləri barədə məlumatlı idik. Amma bu matçda əsas taktika yox, istək idi. 
- Hazırkı reqlamentə əsasən, pley-off matçında Premyer Liqa klubu meydana 11, I Liqa təmsilçisi isə maksimum 3 legionerlə çıxa bilər.

 

Bunu "Qəbələ" üçün əlavə üstünlük saymaq mümkündür?


- Xeyr, bunun ciddi fərq yaratdığını düşünmürəm. Əsas oyunçuların keyfiyyətidir.

 
- "Qəbələ" Premyer Liqada 11-ci oldu. Daha yaxşı yer tutmaq üçün nə çatışmadı?


- Biz də düşünürük ki, mövqeyimiz daha yaxşı ola bilərdi. Mövsümün əvvəlində bizim üçün çox çətin idi. Əksər matçlarda çox yaxşı oynayırdıq. Şanslarımız olurdu, lakin onlardan istifadə edə bilmirdik. Üstün olsaq da, qalib gəlməkdə çətinlik çəkirdik. Amma istənilən halda bunlar artıq geridə qalıb. 

 

- İstədiyiniz kimi çıxış etməyinizə nə mane oldu? Hakimlərin nəticələrə nə qədər təsiri olurdu?


- Hər şey təsir edə bilər. Amma uğursuzluğu hakimlərin, yaxud başqa kiminsə üstünə ata bilmərik. Bunlar bəhanə olar. Əlbəttə, hakimlər də məsuliyyətli olmalıdırlar. Amma nəticəyə biz özümüz məsuliyyət daşıyırıq. Yaxşı oynamalı, qollar vurmalı, qələbə qazanmalıyıq. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olacaq. 


- Qeyd etdiyiniz kimi, növbəti mövsüm daha yaxşı olması üçün "Qəbələ"də ilk növbədə nə dəyişmək lazımdır?


- Açığı, bu barədə heç bir fikrim yoxdur. Hər mövsüm fərqli olur. Bəxt amilinin də rolu var. Bu mövsüm heç cür bəxtimiz gətirmədi. İnanıram ki, növbəti mövsüm daha çox bəxtimiz gətirər.  

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?



- Yaxşı. Hətta bir qədər mənim üçün təəccüblü də oldu. Azərbaycan çempionatının səviyyəsinin bu qədər yüksək olacağını gözləmirdim. Düşünməzdim ki, bu dərəcədə maraqlı olacaq. Gözləntilərimdən daha üstündür. Məhz bu liqada oynadığım üçün şadam. 

- "Qəbələ"dəki durumunuzdan razısınız?


- Bəli, burada özümü çox yaxşı hiss edirəm. Hər şey əladır. Komanda, məşq şəraiti, məşqçilər korpusu, rəhbərlik – bir sözlə, "Qəbələ" hər şey məni qane edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Oxşar xəbərlər