"Səbail" futbol klubunun baş məşqçisi Adil Şükürov komandasına Birinci Liqanın 17-ci turunun "Cəbrayıl"la Şamaxıda keçirilən oyunu üçün cəmi bir gün məşq keçə bilib.
İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, buna səbəb onun Səudiyyə Ərəbistanında ilişib qalması olub.
Adil Şükürov və həyat yoldaşı Ümrə ziyarətinə gedibmiş. Lakin İran - İsrail/ABŞ müharibəsinə görə sözügedən ölkədə hava məkanı bağlanıb deyə, onların ölkəyə vaxtında qayıtması mümkün olmayıb. Nəticədə onlar Ciddə şəhərində bir neçə gün təxliyə edilmələrini gözləməli olublar.
Yalnız martın 4-ü axşam Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyə həyata keçirilib. AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.