Türkiyənin "Adana Dəmirspor" komandasının daha 12 xalı silinib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
FIFA İntizam Komitəsi iki ayrı işə görə bu qərarı verib.
Qeyd edək ki, I Liqada çıxış edən "Adana Dəmirspor"un daha əvvəl də xalları silinib. Komanda hazırda -40 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.