top
Piastri komanda yoldaşı ilə rəqabətdə Azərbaycan Qran-prisindəki qələbəsindən sonra yenidən favoritdir Idman.biz
06 noyabr 2025, 14:24
- ↺ +

Piastri komanda yoldaşı ilə rəqabətdə Azərbaycan Qran-prisindəki qələbəsindən sonra yenidən favoritdir

"McLaren"in "Formula-1" pilotu Oskar Piastri son nəticələrdən sonra mövqeyini qaytarmaq üçün yeni şans əldə edən əsas namizədlərdən biri kimi göstərilir.

İdman.Biz xəbər verir ki, Meksika Qran-prisində çətin yarış keçirən Piastri çempionat liderliyini komanda yoldaşı Lando Norrisə verib.

Mövsümün böyük hissəsində lider olan avstraliyalı pilot hazırda Norrisdən cəmi bir xal geridədir və mövsümdə dörd yarış qalır.

Meksikada Norris ikinci yeri tutan Maks Ferstappendən 30 saniyədən çox fərqlə finişə öndə gəlib və hazırda temp onun tərəfində görünür.

Bununla belə, "Formula-1" mütəxəssisi Kris Medlend vəziyyətin dəyişə biləcəyinə inanır.

"İki "McLaren" pilotu arasında sona qədər mübarizə gözləyirəm. Məncə, Oskarın şansı daha çoxdur. O, temp düşməsinə baxmayaraq daha stabil təsir bağışlayır. Piastri psixoloji cəhətdən də daha sabitdir, səhvlərindən çox tez nəticə çıxaran pilotdur. Hələ "Formula-1"də üçüncü ilidir və artıq çempionluq yolundadır. Norris isə təzyiq altında daha dəyişkən olur", - Medlend deyib.

Bu arada bəzi mütəxəssislər "McLaren"in çempionluq uğrunda bir pilotu "bir nömrə" kimi seçəcəyini düşünürlər.

Lakin klubun baş icraçı direktoru Zek Braun bu variantı qəti rədd edib:

"Biz sürücülərdən birini seçməkdənsə, uduzmağı üstün tutarıq".

Xatırladaq ki, 2023-cü ildə "McLaren" komandasının tərkibində "Formula-1"də debüt edən Piastri ilk qələbəsini 2024-cü il Macarıstan Qran-prisində, ikinci qələbəsini isə 2024-cü il Azərbaycan Qran-prisində qazanıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər