top
Azərbaycanlı kartinqçi Davin Cəfərov dünya çempionatında rekord qıraraq səkkizinci olub Idman.biz
13 oktyabr 2025, 15:17
- ↺ +

Azərbaycanlı kartinqçi Davin Cəfərov dünya çempionatında rekord qıraraq səkkizinci olub

Bu il İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.

Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb. Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, BirelArt Portuqaliya komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.

Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorenzo Pinyanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.

Bu nəticə şərhçilər və yarış iştirakçıları arasında böyük marağa səbəb olub. Davin Cəfərov yekunda finişə səkkizinci çatıb.

Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri BirelArt Portuqaliya tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən AW Racing komandasının rəhbərliyi də olub. Komanda Davinə öz sıralarına qoşulmaq təklifini edib. Lakin gənc pilot hələlik BirelArt komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub.

Dünya çempionatında çıxışı ilə bağlı fikirlərini bölüşən pilot bunları söyləyib: "Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə idi iştirak edirdim. Təəsüf ki, yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Dünya çempionatına beş kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinal mərhələsinə yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu da məni yarışa 32-ci yerdən başlamağa məcbur etdi. Buna baxmayaraq, 24 sürücünü ötməklə yarışı ümumilikdə səkkizinci sırada bitirdim. Yaş trekdə çox arxadan başlamaq və buna nail olmaq həqiqətən çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir. Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdı. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. iştirakçılar arasında dünya və Avropa çempionları vardı, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır".

Qeyd edək ki, ilin sonuna qədər Davin Cəfərovun daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Digər
Bu gün, 01:41

De Zerbi derbidəki qələbəni şərh etdi: “Mentalitetimizi dəyişmişik, indi əsl komandayıq”

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Oxşar xəbərlər