top
Yaponiyalı professor Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Report.az
Today, 13:09
- ↺ +

Yaponiyalı professor Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Azərbaycan Güləş Federasiyasının (AGF) dəvəti ilə Yaponiyanın Nippon İdman Elmləri Universitetinin (NSSU) professoru Masamitsu İtonun iştirakı ilə güləş üzrə milli komandaların məşqçiləri və tibbi personalı üçün seminar təşkil olunub.

Bu barədə "Report"a AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Seminarda idmançıların hazırlıq prosesində müasir pedaqoji və psixoloji yanaşmaların tətbiqi, məşqçilərin peşəkar inkişafı, eləcə də yüksək nəticələrin əldə olunmasında şüurlu öyrənmə və özünüanaliz metodlarının rolu müzakirə edilib.

Masamitsu İto təqdimatında ənənəvi mühazirə əsaslı təlim metodlarından fərqli olaraq, məşqçi təhsilində interaktiv, praktiki və təhlilə əsaslanan yanaşmaların əhəmiyyətini vurğulayıb. O, Paris Yay Olimpiya Oyunlarının qızıl medalçılarının hazırlıq təcrübəsindən və bu istiqamətdə aparılmış elmi-praktiki müşahidələrdən nümunələr təqdim edib.

Bildirilib ki, yüksək nəticələr əldə edən idmançıları fərqləndirən əsas xüsusiyyətlərdən biri onların məşq prosesinə şüurlu yanaşması, öz fəaliyyətlərini təhlil etməsi və qəbul etdikləri qərarların mahiyyətini dərk etməsidir. Bu baxımdan, gənc olimpiya çempionu Rey Hiquçinin təcrübəsi diqqətə çatdırılıb. Paris-2024-də 57 kq-da qızıl medal qazanan sərbəst güləşçinin hər məşqdən sonra düşüncələrini və məşqçilərin qəbul etdiyi qərarları səs yazısı vasitəsilə qeydə alaraq təhlil etməsi özünüqiymətləndirmə və fərdi inkişaf üçün nümunə kimi təqdim olunub.

Seminarda məşqçinin müasir dövrdə dəyişən rolu da xüsusi vurğulanıb. Qeyd olunub ki, məşqçi yalnız texniki göstərişlər verən şəxs deyil, eyni zamanda idmançını müstəqil düşünməyə, düzgün qərarlar qəbul etməyə və öz səhvlərindən nəticə çıxarmağa istiqamətləndirən mentor olmalıdır. Bunun üçün idmançıya hazır cavablar təqdim etmək əvəzinə, düzgün suallar vasitəsilə onun təhlil və qərarvermə bacarıqlarının inkişafına şərait yaradılması vacibdir.

Tədbirin praktiki hissəsində iştirakçılar açıq və qapalı suallara əsaslanan interaktiv komanda oyunlarında iştirak ediblər. Bu çalışmalar vasitəsilə məşqçilərin ünsiyyət, sualvermə və idmançıları düşünməyə təşviq etmə bacarıqlarının inkişafına yönəlmiş metodlar əyani şəkildə nümayiş etdirilib.

Seminarın keçirilməsi Azərbaycan güləşində elmi yanaşmaların məşq prosesinə inteqrasiyası, məşqçi heyətinin beynəlxalq təcrübə ilə tanış olması və peşəkar biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 100-dən artıq yaşı olan dünyanın qabaqcıl idman təhsil müəssisələrindən biri sayılan NSSU-nun professorunun təcrübəsinin milli komandaların məşqçiləri və tibbi personalı ilə bölüşülməsi hazırlıq prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, idmançıların fərdi potensialının daha dolğun üzə çıxarılmasına və beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

Azərbaycan Güləş Federasiyası bu kimi təşəbbüslərlə ölkə güləşində elmi-praktiki biliklərin tətbiqini genişləndirməyi, beynəlxalq əməkdaşlığı gücləndirməyi və müasir tələblərə cavab verən məşqçi mühitinin formalaşdırılmasını hədəfləyir.

Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir

Basketball
Today, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Football
Today, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir"

Football
Today, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı

Others
Today, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Football
Today, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasının ən yaxşıları sırasında

Football
Today, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Football
Today, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Football
Today, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib

Football
Today, 10:32

Barcelona Bakıdakı azarkeşlərinə təşəkkür etdi

Football
Today, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Football
Today, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu

Football
Today, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Football
Today, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var

Volleyball
Today, 09:43

"DH Volley" CEV Çelenc Kubokunun 1/16 finalında Polşanın LKS komandasını qəbul edəcək

Football
Today, 09:42

Beşiktaş

Football
Today, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Football
Today, 09:18

Stas Pokatilov “Sabah” kapitanı olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır

Football
Today, 09:17

U-21 milli futbolçusu Lorenso Mezzotero Sampdoriya üçün iki qol vurdu

Volleyball
Today, 09:02

Xilasedici komandası CEV Çempionlar Liqası III təsnifat mərhələsində cavab matçına çıxır

Football
Today, 09:00

Alisson Becker Liverpoolun tarixində ilk assist edən qapıçı oldu

Football
Today, 08:18

Sampdoriyanın 18 yaşlı futbolçusu Loorenzo Mezzoteri Padova qarşısında dubl etdi

Football
Today, 08:00

Avropa Liqası V turunda Beşiktaş, Leverkuzen, Milan və Juventusun meydanları

Related news