top
Azərbaycan U-17 güləş millisi Gürcüstanda çempion olub Report.az
Today, 13:44
- ↺ +

Azərbaycan U-17 güləş millisi Gürcüstanda çempion olub

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi turnirdə böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşfiq Məmmədovun rəhbərlik etdiyi heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.

Yarış çərçivəsində ümumilikdə 5 görüş keçirən Azərbaycan yığması bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərlərinin təmsilçilərini, yarımfinalda isə təşkilatçı ölkənin yığmasını məğlub edib.

Finalda Acarıstan komandası ilə görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan Azərbaycan millisi çempionluq kubokuna sahib çıxıb.

Bu turnir yeniyetmə güləşçilərin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Football
Today, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Football
Today, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Volleyball
Today, 12:05

Xilasedici baş məşqçisi Cəlil Cəlilov: Sloveniya ilə cavab oyunu çətin olacaq

Others
Today, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Football
Today, 11:10

"Real" Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Basketball
Today, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Football
Today, 10:06

Azərbaycan U-20 Milli Takımı İraqla Növbəti Yoldaşlıq Oyunu Çox Gözlənilir

Formula 1
Today, 10:00

Haas Pilotu Oliver Berman Las-veqası Qran-prisində 35 pilləlik cəza aldı

Football
Today, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər

Football
Today, 09:01

İmişli və Zirə 14:30-da, Sumqayıt və Sabah 19:00-da mübarizə aparar

Football
Today, 08:51

İngiltərə Premyer Liqası 2027/28 mövsümünün başlanğıc və bitmə tarixlərini təsdiqləyib

Football
Today, 04:38

PSJ dörd əsas futbolçu ilə müqavilələrini uzatmaq istəyir

Football
Yesterday, 22:55

Elxan Səmədov: Xankəndi azarkeşlərinin öz şəhərlərində komandalarını dəstəkləməsi böyük əhəmiyyət kəsb edir

Others
Yesterday, 19:01

Fuad Həsənov Rusiyada ŞKO Açıq Kubokunda bürünc medal qazandı

Football
Yesterday, 18:25

Ramiz Məmmədov: "Xankəndi-Yevlax" matcı mübarizəli və qonaq klubun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Judo
Yesterday, 17:58

Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Football
Yesterday, 17:35

Real Madrid Aurelien Çuameni ilə müqaviləsini 2032-ci ilədək uzadıb

Football
Yesterday, 16:46

Neftçi klubunda uşaq hüquqları və təhlükəsiz idman mühiti seminarı keçirildi

Football
Yesterday, 15:44

Azərbaycan U19 qadın milli komandası üçün 20 oyunçu təlimə dəvət olunub

Others
Yesterday, 15:16

Bakı–Xankəndi velosiped yarışının yayımı üçün "Eurosport" ilə razılıq əldə edilib

Others
Yesterday, 15:03

Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışında iştirak edirlər

Volleyball
Yesterday, 14:34

16 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatı təsnifatında rəqiblər güclüdür, amma ümidsiz deyilik"

Related news